HTML

Standart şriftlər. Öz şriftini necə yazmalı

Standart şriftlər. Öz şriftini necə yazmalı

Biz artıq sizinlə <font> teqinin "size" və "color" atributları ilə tanış olduq. Bu başlıqda biz <font> teqinin "face" atributunu öyrənməklə onunla tanışlığı sona çatdıracağıq. face-in köməkliyi ilə biz şriftin tipini təyin edirik.

Öz mətninizə Arial şrifti vermək üçün növbəti konstruksiyanı daxil edin:

<font face="arial"> mətn (Arial şrifti)</font>

Bütün istifadəçilərin kompüterlərində olan standart şriftlər növbəti şriftlərdir:
 

  • Times;
  • Times New Roman;
  • Arial;
  • Helvetica;
  • Courier;
  • Verdana;
  • Tahoma;
  • Cosmic Sans;
  • Garamond

Siz heç nədən çəkinmədən onlardan hər birini istifadə edə bilərsiniz.

"face" atributunda bir dəfəlik bir neçə şrift istifadə edə bilərsiniz:

<font face="arial, verdana, courier"> mətn (Arial şrifti) </font>

Bu halda əgər istifadəçinin kompüterində Arial şrifti yoxdursa, onda mətn Verdana şrifti ilə görsənəcək, əgər Verdana da yoxdursa, onda Courier şrifti ilə görsənəcək. Yəni ki, face atributunda biz vergül ilə istifadəçinin brouzerinin ardıcıllıqla axtaracağı şriftlərin adlarnı verə bilərik.

Bəzən oxucular özlərinin xüsusi şriftlərini istifadə etmək istəyirlər. Bu mümkündür, lakin ola bilər ki sizin istifadəçilər onu görə bilməsinlər. Yəni ki, bu şrift onların kompüterində olmaya bilər. Əlbəttə siz öz istifadəçinizə sayt açılarkən xüsusi şriftinizi kompüterinə yükləməyi təklif edə bilərsiniz. Amma ki, bəziləri bu təklifdən vaz keçə bilərlər, istifadəçilərə sizin kaprizlərinizə görə bir neçə artıq faylı öz kompüterinə yükləmək lazım olmaya bilər və nəticədə sizin istifadəçi ekzotik şriftin əvəzinə digər şritfi görə bilər. Bu da ki, çox qorxulu görsənə bilər.

Xülasə: Standart şriftlər toplusundan istifadə edin, onlar kifayət qədərdir. Həm də sizin saytınızın gözəlliyi onun şriftinin tipindən yox, saytın dizaynından asılıdır.

Həmçinin əgər siz öz xüsusi, eksotik şriftinizdə olan bir neçə mətni saytınıza yerləşdirmək istəyirsinizsə, onda onu şəkil kimi edin (qrafik redaktorda lazımı şriftlə mətninizi yazıb, onu şəkil kimi yadda saxlayırsınız).

Şəkli saytda necə yerləşdirməli, onlarla nə etmək haqqında öyrənmək istəyirsinizsə, növbəti addıma keçin :)