HTML

Xəritələr. Şəklin bir hissəsini necə bağlantı etməli 3

Xəritələr. Şəklin bir hissəsini necə bağlantı etməli 3

Nəhayət ki, biz çoxbucaqlara gəlib çıxdıq. 

Ho-ho-ho-hooooo! :) Qorxuludur? 

Əslində qorxulu heç nə yoxdur. Siz nöqtələri qeyd edirsiniz (künclərin koordinatları), onlar elə öz aralarında xətlərlə birləşirlər və biz bu yolla müxtəlif fiqurlar ala bilərik (2 fiquruna baxın, gözəldirmi?). "poly"dən istifadə edərək biz müxtəlif sahələr yarada bilərik, sadə üçbucaqdan qəşəng ulduzadək. 

İndi biz №2 fiquru üzrə işləyəcəyik, çünki onda bucaqlar çoxdur. 

Başlanğıc üçün sahənin tipini təyin edək:


 

     

<map>
<area shape="poly">
</map>


 

Koordinatlar növbəti qaydada yazılır: 

<area shape="poly" coords="x1,y1,x2,y2,...,xN,yN">

Bu cür şərh edilir: "1-ci bucağın koordinatları (x1,y1), 2-ci bucağın koordinatları (x2,y2), daha digər bucaqlar və onların koordinatları (...), son bucağın koordinatı (xN,yN)". Yəni bizim beşbucaq üçün koordinatlar bu cür yazılacaq: 

<area shape="poly" coords="x1,y1,x2,y2,x3,y3,x4,y4,x5,y5"> 

İndu isə koordinatların real qiymətlərini kodumuza qoyaq:


 

     

<map>
<area shape="poly" coords="168,9,232,29,200,97,223,129,153,119">
</map>


 

Sonra isə bağlantını, xəritənin adını yazırıq və xəritəni şəkillə bağlayırıq (bu hər yerdə eyni prinsiplə gedir):


 

     

<img src="mappoly.gif" usemap="#xerite3">

... Müəyyən mətn, digər mətnlər və ya heç bir şey ...

<map name="xerite3">
<area href="drugoy_document3.html" shape="poly" coords="168,9,232,29,200,97,223,129,153,119">
</map>


 

İndi isə yoxlayaq, görək bizdə qarma-qarışıqlıqdan nə alınıb (bu dəfə 2-ci fiqura sıxın): 

1-ci sahəni (altıbucaq) sərbəst yazmağı yaddan çıxarmayın - x1=54, y1=20, x2=109, y2=20, x3=147, y3=58, x4=109, y4=96, x5=54, y5=96, x6=16, y6=58. 

İndi mən bir neçə nüansdan danışacağam və biz xəritələr haqda olan söhbətimizi bitirəcəyik: 

1 - Biz eyni vaxtda müxtəlif sahələrdən istifadə edə bilərik, məsələn, dairə və çoxbucaqlı:


 

     

<img src="mappoly.gif" usemap="#xerite3">

... Müəyyən mətn, digər mətnlər və ya heç bir şey ... 

<map name="xerite3">
<area href="drugoy_document3.html" shape="circle" coords="46,48,35,">
<area href="drugoy_document3.html" shape="poly" coords="168,9,232,29,200,97,223,129,153,119">
</map>


 

2 - Bizim sahələr kəsişə bilərlər (olur, əl əyridir). Bu çox da qorxulu deyil, belə halda hər iki sahənin birləşdiyi yerə sıxdıqda daha yükşək prioritetə birinci elan edilmiş sahə malik olur (yəni ki, istifadəçi onun bağlandığı hissəyə keçəcək). 

3 - Şəklin adını usemap=#XERITE qoyub, xəritədə isə kiçik hərflərlə "xerite" yazanda ehtitatlı olun, belə halda xəritə işləməyəcək, yəni ki, "XERITE" və "xerite" adları müxtəlifdirlər. Registr həmişə qeyd olunur, yaddan çıxarmayın.

4 - Siz əzab çəkmədən də xəritəni yarada bilərsiniz, bunun üçün internetdən xüsusi proqram taparaq rahatca xəritə çəkə bilərsiniz və bununla da siz öz vaxtınıza, gücünüzə və əsəblərinizə qənaət etmiş olarsınız. 

Əmin ola bilərəm ki, sizə xəritələrlə hər şey aydındır və biz dərsi davam edə bilərik :))