HTML

Xəritələr. Xəritələr. Şəklin bir hissəsini necə bağlantı etməli 2

Xəritələr. Xəritələr. Şəklin bir hissəsini necə bağlantı etməli 2

Biz düzbucaqlı sahələri qaydaya saldıq, indi digərlərindən danışaq. Başlanğıc üçün girdələrdən başlayaq: 

Sahənin tipini təyin edək:


 

     

<map>
<area shape="circle">
</map>


 

Girdə sahəni yaratmaq üçün bizə onun mərkəzinin koordinatları (x və y) və radiusunun (R) uzunluqları pikseldə lazım olacaq. Yəni ki, yazılma ardıcıllığı növbəti cür olacaq: 

<area shape="circle" coords="x,y,R"> 

Gəlin yenə də №1 həndəsi sahəsi ilə işləyək. Bizim halda kiçik girdənin koordinatları növbəti cür olacaq: x=46, y=48; radiusun uzunluğu isə R=35; Yazaq:


 

     

<map>
<area shape="circle" coords="46,48,35">
</map>


 

Ən əsası yazıldıqan sonra, xəritənin adını, onun hara bağlandığını və xəritənin şəklə bağlantısını yazaq:


 

     

<img src="mapcircle.gif" usemap="#xerite2">

... Müəyyən mətn, digər mətnlər və ya heç bir şey ...

<map name="xerite2">
<area href="drugoy_document2.html" shape="circle" coords="46,48,35">
</map>


 

Yeri gəlmişkən, xəritələrdə hər bir sahə üçün "alt" atributu yaza bilərik, indi bizdə təkcə bir sahədir, hər halda onun üçün də "alt" yazaq:


 

     

<img src="mapcircle.gif" usemap="#xerite2">

... Müəyyən mətn, digər mətnlər və ya heç bir şey ...

<map name="xerite2">
<area href="drugoy_document2.html" shape="circle" coords="46,48,35" alt="balaca yumru">
</map>


 

İndi №1 sahəsinə siçanı gətirdikdə qeyd çıxacaq. Bizim nümunədə bu "Balaca girdə"dir. 

Gəlin nəticələrə baxaq (1-ci girdəyə basın):

Siz keçilənləri yadda saxlamaq üçün sərbəst olaraq 2-ci girdəni bağlantı edin (x=158, y=75, R=53). Sonra isə növbəti addım sizi gözləyir.