HTML

Yanakı, yağlı, xətli və s. mətnlər

Yanakı, yağlı, xətli və s. mətnlər

Şriftin ölçüsünü verməyi öyrəndikdən sonra, şriftin stilinin təyin olunmasının vaxtı gəlib çatdı. Bu dərsdə biz mətni yanakı, yağlı, xətli, fiksə olunmuş, yuxarı və aşağı indeksli etməyi öyrənəcəyik.

İlk olaraq yağlı və yanakı mətnə baxaq: 

<b> Yağlı mətn </b>
<i> Yanakı mətn </i>

Gördüyünüz kimi hər şey sadədir. Siz öz mətninizdə istədiyiniz yerdə bu teqi istifadə edə bilərsiniz, burda mən "menim daha bir virtual dostum" sözünü nişanlayacağam:


 

     

<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk sehifemdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :) 
</p> 
</body>
</html> Nümunə


 

İndi isə fiksə olunmuş sətirlətin növbəsidir. Bu necə fontdur? Bu eyni enli hərflərdən ibarən fontdur. Onun üçün uyğun teq aşağıdakıdır: 

<tt> fixed - fiksə olunmuş mətn </tt> 

Mən onu bizim nümunəyə salmayacağam, çünki bizim nümunə özü fiksə edilmişdir.

Həmçinin <pre></pre> teqləri arasında yazılmış mətn formatlaşdırılmiş adlanır:
 

<pre> 
 mətn      (çoxlu məsafələr)      mətn
         mətn      (çoxlu məsafələr)      mətn
   mətn      (çoxlu məsafələr)      mətn
</pre>

<pre></pre> teqlərinin arasında yazılan mətnin özü də fiksə edilmişdir, lakin burada böyük bir fərq var. O təkcə fiksə edilmiş deyil, həmçinin siz onu bloknotda necə yığmısınizsa, o mətn məsafə dəqiqliyi ilə elə çıxır. 

Bir mətnə bir neçə teq tətbiq oluna bilər: 

<tt><b><i> mətn </i></b></tt> 

Bizim nümunədə mətn fiksə edilmiş, yağlı və yanakıdır, siz də başqa teqlərin üyğun kombinasiyalarını istifadə edib baxa bilərsiniz :) 

Növbəti addıma keçməmişdən əvvəl bu addımda öyrənəcəyimiz bir neçə teqi də mənimsəyək.

Xətli mətn <u> teqinin köməkliyi ilə verilir:

<u> Xətli mətn </u>

<strike> və <s> teqləri mətnin pozulması üçün istifadə edilir, prinsipial olaraq bunlar arasında fərq yoxdur:

<strike> Pozulmuş </strike> 
<s> Pozulmuş </s>


<big> teqi əsas mətnə nəzərən böyük, <small> isə kiçik şrift üçün istifadə edilir:

<small> Kiçildılmış </small>
Normal mətn
<big> Böyük </big>


"sup" və "sub" yuxarı və aşağı indeks üçün istifadə edilir. "sup" - yuxarı, "sub" - aşağı. Onlar harda lazım ola bilər? Məsələn, müəyyən bir H2O formulasının yazılması üçün.

Yuxarı indeks <sup> sup </sup>
Aşağı indeks <sub> sub </sub>


Bax belə. İndi isə növbəti addıma keçə bilərik.