HTML

Yol nədir? Şəkli necə yerləşdirməli

Yol nədir? Şəkli necə yerləşdirməli

Oturaq, dincələk və gələcək planlarımız haqda danışaq: şəkli necə çəkməli, qrafik redaktorlardan necə istifadə etməli, bunları mən sizə başa salmayacağam, yəni ki, bu bizim öyrəndiyimiz mövzuya daxil deyil. 

Hələ ki, biz oturmuşuq, mən sənə bəzi məsləhətlər verəcəyəm. Yadda saxla ki, səhifə (sayt) özündə 100 kilobayta yaxın şəkillər saxlamaqla, super qrafik təsvir verməməlidir. Yəni kobud surətdə, heç bir canlı bu cür yüklənməyə davam gətirməz (gec yüklənir). Bizim səhifəmizdə, hansı ki, sən oxuyursan, şəkillər 70 kilobayta yaxın yer tutur (Bu şəkillərin bütövlükdə hamısının ölçüsüdür). 

Həmçinin hərəkətli (animasiyalı) şəkilləri də səhifədə yerləşdirməyi məsləşət görmürəm: onlar diqqəti səhifənin məzmunundan uzaqlaşdırırlar. Həmçinin öz saytınız üçün qrafik elementləri özünüz yaradın, digər yerlərdən toplamayın, belə olduqda sayt daha unikal olur. 

İndi isə mən sizə şəkli sənədə necə yerləşdirməyi göstərirəm: 

<img src="my.jpg"> 

Biz my.jpg yerinə istənilən şəkil yerləşdirə bilərik (məsələn, me.gif, main.png və s.). Ən əsası isə onu bilmək lazımdır ki, dırnaq işarəsi arasında yazılanlar bağlantıdır (şəklə gedən yol). Bizim nümunə göstərir ki, bizim şəkil bizim sənəd yerləşən qovluqda yerləşib. Əgər şəkil hansısa alt qovluqda yerləşibsə, onda ona gedən bağlantı aşağıdakı kimi olacaq: 

<img src="my/my.jpg"> 

Əgər şəkil bir direktoriya arxada yerləşirsə, onda ona olan ünvan aşağıdakı kimi olacaq: 

<img src="../my.jpg"> 

Əgər şəkil başqa saytda yerləşirsə, onda ona olan yol bütöv olmalıdır. 

<img src="http://www.firststeps.az/my/my.jpg"> 

Öz rahatlığınız üçün şəkli sənəd olan qovluqda yerləşdirin, onda dolaşıqlıq az olacaq:) Həmçinin mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, "MY.jpg", "my.JPG", "my.jpg" və "MY.JPG" müxtəlif fayllardır. Heç vaxt yaddan çixarmayın ki, faylların adlarında böyük və kiçik hərfləri nəzərə almaq lazımdır.

Əgər sizdə hal-hazırda şəkil yoxdursa, onda bü faylı (primtocodephoto.gif) sayt olan qovluqda yaddaşa verin. Bizim nümunədə mən elə ondan istifadə edəcəyəm (həmçinin yadda saxlayın ki, "img" teqinin bağlanan teqi yoxdur).


 

     

<html>
<head>
<title>Menim ilk addimim </title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk sehifemdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
<img src="primtocodephoto.gif"> Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :) 
</p> 
</body>
</html> Nümunə


 

Baxın bizdə nə alındı. Çox da qəşəng deyil, elə deyilmi? Hər şey yaxşı olardı, əgər mətn şəkil ilə bir cədvəldə olsaydı. Bunu öyrənmək üçün növbəti dərsə keçək.