İnternet Dərsliyi

Giriş

Giriş

Bu gün Internet sözü heç kimin dilindən düşmür.
Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bu şəbəkənin geniş inkişafı kompüter vasitəsilə informasiyanın işlənməsinə olan münasibəti çox dəyişdirmişdir.
İnternetin imkanları insanın təsəvvür edə biləcəyi qədər genişdir.
İnternet dünyanın müxtəlif hissələrində milyonlarla insanın ünsiyyət imkanıdır, istənilən məlumatın alınması və yayımlanması, sazişlərin bağlanması və boş vaxtın keçirilməsi vasitəsidir. XX əsrin ən böyük nailiyyətlərindən biridir.