İnternet Dərsliyi

IP-ünvan

IP-ünvan

İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir və çox zaman onluq şəkildə yazılır. Məsələn: 208.220.230.4. Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur.
Məsələn, www.firststeps.az
Burada www (World Wide Web) firststeps.az (domen) isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://books.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - Domain Name Service) tərəfindən yerinə yetirilir.

Aşağıda göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:

com - kommersiya ilə məşğul olan təşkilatlar
edu - təhsillə məşğul olan təşkilatlar
org - kommersiya ilə məşğul olmayan təşkilatlar
gov - hökumət təşkilatları
mil - ABŞ-nın hərbi təşkilatları
int - beynəlxalq təşkilatlar
net - şəbəkə xidmətləri göstərən təşkilatlar

Məsələn: www.nokia.comwww.openbook.orgwww.ntk.net

Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənləşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlər

az - Azərbaycan
de - Almaniya
fr - Fransa
se - İsveç
ru - Rusiya
jp- Yaponiya
us- ABŞ
tw- Tayvan
tr- Türkiyə
ua- Ukrayna
ro- Rumıniya
kz- Qazaxıstan
tk- Takilao
ge- Gürcüstan
uk-

Böyük Britaniya və sair.

Məsələn: www.president.azwww.iworld.ru