İnternet Dərsliyi

Seçilmiş səhifələr siyahısı

Seçilmiş səhifələr siyahısı

Çox bəyəndiyiniz səhifələrin ünvanlarını Seçilmiş səhifələr (Favorites) siyahısına daxil etməklə qoruyub saxlaya bilərsiniz.
Seçilmiş səhifələr siyahısına daxil etmək istədiyiniz səhifəni açın. Məsələn, www.nasa.gov URL-ünvanını ünvan sətrinə yazın və Enter düyməsini basın.
Səhifə yükləndikdə Seçilmiş səhifələr (Favorites) menyusundan Əlavə etmək (Add to favorites) əmrini seçin. Ekranda eyni adlı dialoq pəncərəsi açılır və bu pəncərədə əlavə göstərişlər verilməlidir.

Adı (Name) sahəsində səhifəyə "Kosmos" adı verin. Siz əlbəttə ki, səhifənin avtomatik verilmiş öz adını da saxlaya bilərsiniz.


Offline rejimində işləmək imkanı verilir (Make available offline) sahəsinin qeyd edilməsi bu səhifəyə Offline rejimində, yəni İnternetə qoşulmadan baxmağa imkan yaradır.
Səhifənin saxlanacağı qovluğu seçmək üçün Yaratmaq (Create in) düyməsini basın. Gördüyünüz kimi, pəncərənin yeni bir hissəsi açılır və burada aktiv qovluqların siyahısı verilir.
Yeni qovluq (New folder) düyməsinin köməyi ilə özünüzə yeni qovluq yaradın və ona Astronomiya adı verin. Yerinə yetirdiyiniz əməliyyatları təsdiqləyin (OK).
Bir daha Seçilmiş səhifələr (Favorites) menyusunu seçsəniz, yeni yaradılmış yazını görə bilərsiniz. Seçilmiş səhifələr qovluğuna ünvanın daxil edilməsi üçün başqa üsul da var. Bunun üçün səhifənin boş bir hissəsində mausun sağ düyməsini basaraq, kontekst menyudan Əlavə etmək əmrini seçmək lazımdır.