İnternet Dərsliyi

URL-ünvan

URL-ünvan

Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL (Universal ünvan göstəricisi) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.
Ünvan sətrinə göstərilən ünvanı daxil edin: 
http://www.firststeps.az

URL-ünvana diqqət yetirdikdə görürsünüz ki, o, iki nöqtə ilə bölünmüş iki hissədən ibarətdir. Sol tərəf (http) sənədin tipini göstərir və istifadə olunmuş şəbəkə protokolunu müəyyənləşdirir.
Sağ tərəf isə, (http://www.firststeps.az) konkret sənədin ünvanını göstərir.
İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür: 
Connection (Qoşulma) 
Request (Sorğu) 
Response (Cavab) 
Close (Əlaqənin kəsilməsi) 

Birinci mərhələdə Web-müştəri (brauzer IE, Netscape və s.) serverlə əlaqə yaratmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən, serverə axtarılan obyekt barəsində sorğu göndərir.
Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.
Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən, Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir.
İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.