İnternet Dərsliyi

Web-səhifələrinin yadda saxlanması

Web-səhifələrinin yadda saxlanması

Web-brauzerin köməyi ilə istənilən səhifəni asanlıqla yadda saxlamaq olar. İlk növbədə ünvan sətrində ünvanı yazıb səhifəni yükləmək lazımdır.
www.azerbaijan.az yazın və Enter düyməsini basın. 
Səhifə yükləndikdən sonra Fayl (File) menyusundan Yadda saxlamaq (Save) əmrini seçin.

Açılan dialoq pəncərəsində içində faylı saxlamaq istədiyiniz qovluğu seçin və Faylın adı sahəsində Azərbaycan adını yazın.
Sonra Faylın tipi (Save as type) açılan siyahısından HTML faylı (Web page, HTML only (*.htm, *.html)) sətrini seçin.
Yadda saxlama əməliyyatını sona çatdırmaq üçün Yadda saxlamaq (Save) düyməsini basın. Beləliklə, Web səhifə yaddaşa yazıldı.