JAVA

Array

Array

Array(ərey) – matris, düzülüş deməkdir. Bir ad altında bir neçə dəyişənin birləşməsi üçün istifadə edilir. Bəzən dəyərlər həddindən artıq çox olur. Hər bir dəyər üçün yeni bir dəyişən yazmaq mümkün olmur. Bu səbəbdən eyni tipli dəyişənləri bir ad altında toplu(massiv) yadda saxlayırıq.

Yuxarıdakı şəkildə göstərildiyi kimi “login_toplu” və “pass_toplu” adı altında hər birinə aid 3 dəyər qeyd edilmişdir. Burada qeydiyyatdan keçən şəxsləri cədvələ əlavə etmişik. Proqrama daxil olmaq istəyənləri array daxilindəki qeydiyyata uyğun olaraq yoxlayırıq. Aşağıda bu proses qismən əks edilmişdir.

Array iki üsulla yaradıla bilər. Yuxarıdakı misalda array-in yaradılmasında əyri mötərizələrdən istifadə edilib.

Birinci üsul - Array yaradarkən onun tipi(int, String, char...) qeyd edilir. Sonra array-in dəyişəninə ad (login_toplu və ya pass_toplu) verilir. Sonra array olmasını göstərən “ [ ] ” kvadrat mötərizələr daxil edilir. Bərabərlikdən sonra “{ }” əyri mötərizələr daxilində qeyd olunan dəyərlər “element” adlanır və aralarında vergül qoyulmaq şərti ilə ardıcıl qeyd olunurlar. Yuxarıdakı məsələdə şifrə yoxlama üsulu əslində düzgün həll deyildir. Bu üsulla hər dəyişəni ayrıca kodla yazılmalı və yoxlanmalı olsaq çox çətin və ağır proqram yazmış olarıq. Yuxarıdakı proqram indiyə qədər öyrəndiyimiz materialları təkrar etmə məqsədi daşıyır. İnşallah kitabın sonunda bir layihəni tam olaraq işləyib düzgün yanaşmaları tətbiq edəcəyik.

Qeyd: Array-lər daxilindəki elementləri 0-dan başlayaraq sayır. Birinci dəyər 1-dən başlamır.

İkinci üsulu - Array-in “new” əmrindən istifadə etməklə yaradılır. Birinci array-in tipi, adı, kvadrat mötərizələr, bərabərlikdən sonra “new” sonra array-in tipi, kvadrat mötərizə daxilində array-in sayı və nöqtə vergül yazılır. Birinci sətirin altından array dəyişəninin adı kvadrat mötərizədə elementin yerləşdiyi sıra nömrəsi və bərabərlikdən sonra elementin özü qeyd olunur.

Array-in sayı əvvəldə göstərilməlidir. Əvvəlcədən nəzərdə tutulmamış element əlavə etmək istəsəniz mütləq ümumi array sayında dəyişiklik etməlisiniz. İstifadə etdiyimiz “.length” metodu array daxilindəki elementlərin sayını göstərir. Əgər array-in elemetleri qeyd olunmazsa default olaraq elemetler aşağıdakı dəyərləri qazanacaqlar.

String – null boolean - false

Char – ‘ \0 ’ integer, double, long, short(bütün rəqəm dəyişənləri) – 0