JAVA

Built-in Java Packages

Built-in Java Packages

Java-da proqramlaşdırmaq üçün endirdiyimiz JAVA JDK(Java Development Kit) tərkibində Java Runtime Enviroment(JRE) - Java-nın işləməsi üçün mühiti daşıyır. JRE-yə elə JVM(Java Virtual Machine)-də demək olar. Bütünlükdə Java-nın işləməsini təşkil edən parçalardır. Oracle Java-ya bir neçə ildən bir yeni əlavələr edir. Bu əlavələrdən olan JRE-nin tərkibindəki Built-in Java Packages (daxilində Java paketləri quraşdırılmış) hazır proqramlar təklif edir. Package elə bizim yaratdığımız “com.ZJAVAKITABI” paketi ilə eyni funksiyanı daşıyır. Oracle bəzi ümumiləşmiş məsələləri yenidən yazmamaq üçün istifadəçilərə hazır yazılmış class-lar yəni hazır yazılmış proqramlar təklif edir. Hər yenilənmədə yaradılmış paketlər Oracle-ın müəyyən səhifələrində yer alır. Aşağıdakı linkdə bizim endirdiyimiz SE8(Standart Edition –Standard buraxılış) yer alır.

http://docs.oracle.com/javase/8/docs/api/ 

Səhifədə solda birinci pəncərədə paketlərin siyahısını görürsünüz və onun altındakı pəncərədə paketlərin tərkibindəki class-lara baxa bilərsiniz. Sağ tərəfdə isə seçdiyiniz class-ın tərkibi izah edilir.

Qeyd: Belə sual yarana bilər, əgər built-in package-lər varsa niyə Netbeans-də “com.ZJAVAKITABI” paketi kimi solda görünmürlər. Bu OOP-dən yadınızdadırsa Encapsulasiya-nı xatırladır. Proqramın funksiyası var amma özü görsənmir. Hazır class-ların çox olduğunu nəzərə alsaq Oracle-ın bu üslubu niyə seçdiyini anlamaq çətin deyil.