JAVA

For

For

Əsasən ədədləri ardıcıl və ya müəyyən şərtə uyğun olaraq saymaq kimi əmrləri yerinə yetirir. Müəyyən olunmuş həddə dövr ilə çatmaq üçün dizayn olunmuşdur. For dövrünün daxilində başlanğıc ədəd, şərt və şərtə çatmaq üçün hesablama funksiyası olur. Aşağıdakı misalda şərt olaraq 15-dən kiçik və ona bərabər olan ədədləri sıralamaq istəyirəm. Bunun üçün başlanğıcda 1 ədədi şərt ilə yoxlanılır 15-ə bərabər olmadığı üçün z++ ilə üzərinə bir ədəd əlavə edilir. Sonra həmin ədəd təkrar yoxlanılır və15-ə bərabər olana qədər davam edir.

Yuxarıdakı izaha uyğun olaraq ədədlər sıralananda 2-dən başlamalıdır amma nəticədə 1-dən 15-ə qədər sıralanmışdır. For-un bu xüsusiyyətini gələcəkdəki hesablamalarınızda nəzərə almaq yaxşı olar. For daxilində şərtlər “;” ilə ayrılmalıdır. For-dan sonra System.out.println();-dən başqa şərtlərdə istifafə etmək mümkündür.

3-ə bölünərkən qalığı sıfıra bərabər olan ədədlər çap edilib. 0, 3, 6, 9, 12, 15

QEYD: Yazdığınız proqram sonsuz dövrə girdiyi halda NetBeans-də nəticə göstərilən pəncərənin altında RUN proses zolağına x basaraq dövrü dayandıra bilərsiniz.