JAVA

İki String-i müqayisə etmək “==” və “.equals()”

İki String-i müqayisə etmək “==” və “.equals()”

Fərz edək ki, qeydiyyat səhifəsi yaratmışıq. Səhifədə şifrə daxil edilir və əmin olmaq üçün ki adam şifrəni düzgün daxil edib ondan şifrəni təkrar yazmasını tələb edirik. Bu zaman bizdən asılı olan məsələ iki ayrı xanada daxil edilmiş şifrənin bir-biri ilə eyni olmasını yoxlanılmasını təşkil etməkdir.

Bu zaman “.equal()”metodundan və ya “==” qoşa bərabərlik operatoundan istifadə edirik. Nəticədə gördüyünüz kimi cavab “False”(fols) yalnışdır. Əgər bərabər olsa idi “True”(tru) doğrudur olacaqdı.

QEYD: “.equal()” yazıların yoxlanılmasında böyük və kiçik hərfə fikir verir. Əgər “Zabil” və “zabil” sözlərini yoxlasanız, cavab eyni deyil “False”-dur. Kompüter hər əmri necə var elə anlayır, böyük və kiçik hərfləri fərqli görür. Əgər hərflərin kiçik və ya böyük olmasına baxmayaraq mətni yoxlamaq istəyirsinizsə o zaman “.equalsIgnoreCase()” (İqnor-fikir vermə, keys-hal, forma) hərfin böyük kiçik olmasına fikir vermədən bərabərliyi yoxla metodundan istifadə edin.