Menu

Daxil olun Qeydiyyat

JAVA

Java-da yazmaq üçün silahlanmaq :)

Java-da yazmaq üçün silahlanmaq :)

JAVA-da yazmaq üçün bizə bəzi instrumentlər lazım olacaq. Java ORACLE(http://www.oracle.com) şirkətinin məhsuludur və saytlarında proqramçılar üçün NetBeans redaktoru və JAVA JDK(Java Development Kit)- Java İnkişaf Paketi pulsuz təqdim olunur. http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html göstərilən ünvandan kompüterinizin 32/64 bit olmasına baxaraq sizə uyğun versiyanı paket şəklində endirə bilərsiniz.

Proqramı endirdikdən sonra üzərinə sağ düymə sıxaraq Run as administrator sətrini seçin. Kompüterin administratoru kimi proqramları yükləyəndə əsasən yükləmə problemsiz başa çatır. Daha sonra şərtləri qəbul edərək Accept(aksept-qəbul etmək) yükləməyə davam edin. Hər endirilən versiyada yükləmə fərqli ola bilər. Sadəcə Finish(son) düyməsi çıxana qədər gözləyin.


Bizi dəstəkləyənlər