Menu

Daxil olun Qeydiyyat

JAVA

Java- nə ilə fərqlənir?

Java- nə ilə fərqlənir?

Java OOP texnologiyasından istifadə edir. Object Oriented Programming (OOP)-obyekt yönümlü proqramlaşdırma. Adından da müəyyən dərəcədə anlamaq olar, obyekt yönümlü yəni obyekt yaratmaq üçün proqramlaşdırma dili. Ən azı mənə bu cür anlamaq rahatdır. Obyekt hər hansı bir əşya, funksiyası olan qurum və ya canlı ola bilər. OOP əvvəlki dillərdən fərqli olaraq bir obyekti bir neçə yerdə istifadə etməyə imkan verir. Bir az texniki dillə desək, OOP yazdığınız proqramın 6 içindəki müəyyən kodları ayrı-ayrılıqda həmin və ya digər proqram daxilində obyektin xüsusiyyətlərini yenidən yaratmadan istifadə etmə imkanı yaradır. Məsələn yaratdığınız maşın obyektini (eyni zamanda "maşın proqramını" əgər belə adlandırsaq) digər proqramın daxilindən çağırıb istədiyiniz yerə tətbiq edə bilərsiniz. Siz çağırılan obyektin kodunu tamamı ilə köçürtmədən, sadəcə mənbəyini göstərməklə, ona verilən adı yeni proqramdakı müəyyən olunmuş yerə daxil edərək proqramı işə salırsınız. Java OOP "Compile"(kompayl - komplektləşdirən, toplayan, birləşdirən) texnologiyasından istifadə edir. Java bütün compile etdiyi proqramlara ".class" sonluğunu əlavə edir. Compile olmuş proqram bytecode-a çevrilir. Əgər ".class" faylı görsəniz bilin ki içində bytecode var. Java BASİC kimi sadəcə interpreter texnologiyasından istifadə etmir. Kodları sətir-sətir və ayrı-ayrılıqda oxuyub tərcümə etmir. Əvvəlcədən proqram daxilində yazılan əmrləri müəyyən edir, sonra vahid şəkildə proqramın harada başlayıb, harada bitəcəyini, iş prosesində hansı əmrlərin yerinə yetirəcəyini anlayır. Yazacağımız "Salam dünya" proqramının bytecode-a çevirilmiş şəkli aşağıdakı kimidir.

Şəkildən də göründüyü kimi kod compile olunan kimi faylın sonuna ".class" əlavə edilmişdir. Bu proses də öz növbəsində JAVA Virtual Machine(Java Virtual Maşını-JVM) işinə start verir. JVM bytecode-u binary koda çevirir. Java bu metodla daha sürətli və CPU-nun versiyasından asılı olmayaraq bütün kompüterlərdə işləyə bilir. İndi bütün yuxarıda izah etdiyim addımları bir araya toplayıb Java OOP-nin prosesi tam olaraq necə yerinə yetirdiyinə baxaq. 1. "Salam.java" proqramı yazılır; 2. "Salam.class" artıq compile olunur və fayl bytecode-da çevrilir; 3. JVM vasitəsilə bytecode binary koda çevirilir; 4. Nəticə əldə edilir.


Bizi dəstəkləyənlər