JAVA

Kompüter sizi necə başa düşür və ona necə əmr verilir.

Kompüter sizi necə başa düşür və ona necə əmr verilir.

Kompüterlər ikili say sistemi üzərində işləyir. İkili say sistemində 0 və 1 var. Bu qurğulardan hər hansı bir iş görməsi tələb edildiyində bizim verdiyimiz əmrlər 0 - yanlış, olmaz, dayan və ya 1 - doğru, olar, davam et kimi tərcümə edilir. Ümumilikdə isə belə başa düşmək olar kompüterin hansısa hissəsinin naqillərinə elektrik axımı verilsin ya yox. Kompüterimizdəki işləri görən mikrosxem, xalq deyimi ilə kompüterin beyni CPU(si pi yu) adlanlır. :) CPU(Central Processing Unit-Sentral prosessinq yunit) mərkəzi hesablayıcı qurğu anlmına gəlir. CPU-ya əmr verilməsi üçün istehsalçılar İnstruction Set(instrakşn set) adlı instruksiyalar dəsti digər deyimlə qaydalar toplusu düzəldiblər. Bütün yazılan proqramlar prosessora nə etmək istədiklərini bu qaydalar əsasında izah edirlər.