Menu

Daxil olun Qeydiyyat

JAVA

NetBeans-də səhvlərin aydınlaşdırılması

NetBeans-də səhvlərin aydınlaşdırılması

Yazdığımız proqramda bilərəkdən cavabda göstərilməli "salamlama" dəyişənini "sala" ilə əvəz edirəm, bu zaman proqram RUN ola bilməyəcək və solda qırmızı lampa bizə səhvin nə olduğunu göstərəcəkdir.

Qeyd: İşimizi sürətləndirmək üçün artıq bəzi prosesləri təkrarən görüntülü izah etməyəcəm. Buna misal olaraq yeni java faylı yarat dedikdə faylı yaratmaq üçün CTRL+N və ya File/New file/Empty Java file ardıcıllığını özünüz əvvəldəki izahlardan təkrar etməlisiniz.

Qeyd: Növbəti proqramları əgər eyni pakage-in tərkibində yaratsanız RUN etmənizdə problem yarana bilər. Yazılan proqramı Save etdikdən sonra proqramın üzərinə sağ düyməni sıxıb RUN File sətrini seçin və ya Shift+F6(Shift-in üzərinə sıxıb saxla, eyni zamanda F6 düyməsi sıx deməkdir) düymələrini sıxın. Proqram RUN ola bilmədikdə səhvlərin hansı sətirdə olmasına baxın.

Qeyd: Müəyyən əmrlərin çağırılması və ya daha başqa hansı funksiyaların mümkün olduğunu görmək istəyirsinizsə CTRL+Space(boşluq) düymələrini birlikdə sıxın, açılan pəncərədən seçilmiş əmri ENTER düyməsini sıxmaqla daxil edə bilərsiniz.

Qeyd:. Proqramın səliqəli tərtibi müəyyən müddət sonra proqrama qayıdıb baxdığınızda nəyi nə üçün yazdığınızı anlamağa kömək edəcəkdir. NetBeans-də yazdığınız proqramın üzərinə sağ düyməni və ya Alt+Shift+F düymələrini sıxaraq yazıları Format(formaya salmaq) edə bilərsiniz. Şəkillər çox yer tutduğu üçün bəzi proqramların səliqəsiz sıxlıqda yazılmasını və bəzi əyri mötərizələrin göstərilmədiyini bildirirəm. Yuxarıdakı misaldan da bəlli olduğu kimi pakage, class, public, dəyişənlər, print müəyyən aralıqda yazılmalıdır. Mötərizələr və tələb olunan simvollar şəkildə qeyd olunmayıbsa error veriləndə artıq qayda olaraq açılmış mötərizələrin qapanması, əmrlərin sonunun “;” ilə bitməli olmasından xəbərdarsınız.


Bizi dəstəkləyənlər