Menu

Daxil olun Qeydiyyat

JAVA

Obyektin təhlili

Obyektin təhlili

Obyekti real həyatdakı kimi virtual olaraq yaratmaq üçün onu tam incələmək, mümkün xüsusiyyətlərini anlamaq lazımdır. Təhlil üçün avtomobil obyektini götürək:

Avtomobil haqda bizə nə məlumdur: 

  • İstehsal edən firmanın adı
  • Modelin ili
  • Motoru
  • Rəngi
  • Salonu

bu xüsusiyyətlər ATRİBUTE-lar adlanır. Bəs maşının nə kimi funksiyaları vardır?

  • İşə düşür
  • Sönür
  • Əyləci sıxdıqda dayanır
  • Qapı və baqaj hissəsi açılır/qapanır
  • Şüşə silənləri hərəkət edir

Bu funksiyalar Method(metod) və Operation(opereyşn-əməliyyatlar, funksiyalar) adlanır.

Digər bir misal olaraq bank hesabını götürə bilərik. Hesabda bizə nə bəllidir:

  • Hesabın nömrəsi
  • Hesabın kimə aid olması
  • Balansı
  • Gəlir faizi
  • Ünvanı

Yuxarıdakı məlumatlar Attribute-lardır. Bəs bank hesabının hansı funksiyaları vardır? 

  • Deposit qoymaq
  • Bankomatdan pul çıxartmaq
  • Çek yazmaq
  • Ünvanı dəyişmək
  • Telefon nömrəsini dəyişmək

Bu funksiyalarda Metod və Operation-lardır. Yəqin ki artıq aydın oldu, hər hansı bir obyektin məlum olan xüsusiyyətləri Attribute-ları və attribute-ları işə salan Method-ları vardır. Bəzi hallarda method-lar attribute-la əlaqəli olmaya bilər.


Bizi dəstəkləyənlər