JAVA

OOP nin məntiqi və prinsipləri.

OOP nin məntiqi və prinsipləri.

Həvəskar proqramçı üçün dərin nəzəri biliklərin olması vacib deyil. Bu baxımdan OOP-yə səthi yanaşaraq bizə hazırda lazım ola biləcək məqamlara toxunmuşam. OOP həyatda olan obyektləri virtual aləmdə yaratmaq üçün düşünülmüş nəzəriyyədir. Digər bir deyimlə real həyatdakı həm hərəkətli, həm hərəkətsiz obyektləri, onların digər obyektlərlə münasibətlərini virtual aləmdə yarada bilmək üçün hazırlanmış üsullar, qaydalar toplusudur. Obyekt hər hansı bir əşya, xidmət göstərən qurum və ya canlı ola bilər. Buna misal olaraq avtomobil, bank, heyvan, su, qravitasiyanı göstərmək olar.