JAVA

Salam Java proqramı

Salam Java proqramı

Class Name(Klas Neym - Sinfin adı) bura Salam proqramının adını yazmışam. Kompüterə əmr verirəm ki mənim proqramımın adı Salam olsun.

Package(Pəkic-Paket) adı com.ZJAVAKITABI. Paket java proqramlarını bir arada qruplaşdırmaq üçündür.

Created File (Kreyted - Yaradılmış) hissəsində yaratdığınız faylın harada saxlanmasını təyin etdiyiniz göstərilir.

Finish düyməsini sıxdıqdan sonra Netbeans-də sol tərəfdə proqram faylının direktoriya üzrə necə yerləşməsi təsvir olunub.

Salam.java proqramını seçdikdən sonra aşağıda göstərildiyi kimi sətirləri daxil etməyə çalışın.

Aşağıda proqramın strukturunu nələrin təşkil etdiyini səthi izah etmişəm. İlk baxışda qarışıq görünsə də zamanla bütün sətirləri özünüzə lazım olacaq şəkildə dəyişdirə biləcəksiniz.