JAVA

Şərt əmrləri if, else

Şərt əmrləri if, else

If- Əgər mənasına gəlir, şərtin başlandığı əmrdir, else(els) - başqa, əgər olmasa başqa şərt mənasına gəlir. İstəyirəm birbaşa məsələ üzərində şərt əmrlərini izah edim. Məsələ məktəbi bitirən Bilal haqqındadır :)

Kodlardan göründüyü kimi bir neçə integer dəyişənim var. Universitetə qəbul ballarının şərtlərinə uyğun olaraq Bilalın hansı ixtisasa qəbul olacağı müəyyənləşdirilir, əgər TQDK balı uyğun deyilsə və yaşı əsgərə(müddətli həqiqi xidmət) getməyə uyğundursa onu göndəririk dağlar qoynunda xidmətə :) Bir az texniki şəkildə belə deyə bilərik:

Əgər (şərt) {əgər şərt düzdürsə çap edilir} , if (5>0) System.out.println("5 sıfırdan böyükdür");.

Sadəcə bir if şərti ilə məsələ bitə bilər. Şərt təsdiqlənirsə çapa verilir, əgər təsdiqlənmirsə heç bir cavab ekrana çıxmır. Şərtin düz olmadığı halda nəticə görmək istəyirsinizsə o zaman else if (yeni şərt yazılır){istənilən nəticə çapa verilir}.