JAVA

Şərt əmrləri - switch, case, break, default

Şərt əmrləri - switch, case, break, default

If və else ilə yazılan proqramlarda şərtlər çox olanda else if ()-dən bir neçə dəfə istifadə etməli oluruq. Şərtləri çox olan məsələlər üçün daha sadə olar ki switch(sviç – dəyişmək, keçirtmək)-dən istifadə edilsin. Switch() - in qarşısındakı mötərizədə String, integer, char və digər dəyişənlər yazıla bilər. Case(keys-hal)-in qarşısındakı dəyər switch-in mötərizəsindəki dəyərlə eyni olduğu zaman şərt icra edilir. Əgər eyni deyilsə o zaman növbəti case yoxlanılır. Bütün case-lər icra olunmadığı halda default(difolt) icra olunur. Default-un azərbaycan dilində düzgün tərcüməsi yoxdur və ya tapa bilmədim, amma İT-də qarşılaşdığım anlamı əsasən “standart olaraq”, “sabit seçim” kimi mənaya uyğun gəlir. Break(breyk- qırma) icra olunacaq Case-dən sonra icranı dayandır, qır mənasına gəlir. Hər bir case icra olunandan sonra break yazılmasa proqram case-dən sonra yazılan digər mümkün əmrləri yerinə yetirəcəkdir.

Qeyd: Switch daxilində hansı tip dəyişən (integer, string, char) varsa case-də də həmin tip dəyişən istifadə olunmalıdır. Əks halda compile olmayacaq. Digər bir məsələ dəyişənlərin adları yox onların dəyəri case-ə yazılmalıdır. Aşağıda göstərildiyi kimi:

 String ad = “Zabil”; ------ case “Zabil” char birhərf = ‘ Z ’; ------ case ‘ Z ’

İnt yaş = 27; ------ case 27