Menu

Daxil olun Qeydiyyat

JavaScript

Bir neçə yeni operator

Bir neçə yeni operator

Obyektlərlə işləyərkən tətbiq olunan bir neçə yeni operatora baxmaq zamanı gəldi.
in operatoru verilmiş obyektdə verilmiş xassənin olub-olmadığını yoxlayır və true və ya false qiymətini qaytarır.
{xassənin adı} in {obyektin adı}

Burada xassənin adı sətir şəklində verilir, obyektin adı isə, obyekt tipli dəyişən kimi verilir.
Bu operatoru məsələn, aşağıdakı kimi istifadə etmək olar:


if ("SomeProperty" in obj) ...

Qeyd: in operatorunu yalnız Internet Explorer dəstəkləyir.

instanceof operatoru verilmiş obyektin verilmiş sinifin nüsxəsi olub-olmadığını yoxlayır, true və ya false qiymətini qaytarır.
{obyekt} instanceof {sinif}

Burada obyekt obyekt tipli dəyişən şəklində verilir, sinif isə sinifin adı şəklində verilir.


if (obj instanceof SomeObject) ...

Qeyd: instanceof operatoru Internet Explorer-in 5.5-ci versiyasından başlayaraq dəstəklənir.

for-in operatoru obyektin bütün xassələrinə və ya massivin bütün elementlərinə baxmağa və hər biri üçün əməliyyat aparmağa imkan verir. Bu operator xüsusiləşdirilmiş dövr operatorudur.


for({sayğac} in {obyekt və ya massiv})
    ... dövrün gövdəsi

sayğacı obyektin xassəsinə və ya massivin elementinə müraciət etmək üçün istifadə etmək olar.


for(k in obj)
{
    s += k + ‘ ’;
    st += obj[k] + ‘ ’;
}

Bu proqram fraqmenti obj obyektinin bütün xassələrinə baxır və xassələrin adlarını boşluq işarəsi ilə ayıraraq, s dəyişəninə yazır, st dəyişəninə isə, xassələrin qiymətlərinin yenə də boşluq işarəsi ayıraraq saxlayır.

Qeyd: for-in operatoru Internet Explorer-in 5.5-ci versiyasından başlayaraq dəstəklənir.

with operatoru, əgər proqramda hər hansı obyektin (qeyd: bir obyektin) xassə və metodları istifadə olunursa, JavaScript ifadələrinin uzunluğunu xeyli qısaltmağa imkan verir. Misala baxaq.


someobject.property1 = 1;
someobject.property2 = 2;
someobject.property3 = 3;
someobject.method1;

Bu, bizim with operatoru istifadə olunmayan proqram fraqmentimizdir. Baxın ifadələr necə uzun sətirdir. İndi isə, with operatorunu istifadə edək.


with(someobject)
{
    property1;
    property2;
    property3;
    method1;
}

Bu proqram fraqmenti isə, olduqca qısadır.


Bizi dəstəkləyənlər