Kompüter Şəbəkələri

100BaseT4

100BaseT4

100BaseT4 Cat3 və üst UTP kabel üzərindən(cat4, cat5, cat6 ...) 100Mbit/Saniye sürətində çalışan ethernet-dir. IEEE CAT3 kablləmənin yayılmış olduğu dövrdə mövcud kabel quruluşunu dəyişdirmədən 100Mbit sürətə mata bilmək üçün bu standartı yaratmışdır. 100BaseT4 CAT3 kabeldə 100Mbit sürətinə çıxa bilər ancaq 10BaseT-nin əksinə 4 tel cütünü də istifadə edir. Tel cütlərindən ikisini 10BaseT kimi məlumat alma və göndərmədə istifadə edən zaman iki tel cütünü isə toqquşma olub olmadığını kontrol etmək(collision detection) üçün istifadə edir. Mövcud olan CAT3 kabel üzerinden 100Mbit sürətinə çıxmaq istəyən istifadəçilər üçün bir seçim kimi ortaya qoyulan bu standart CAT5 kabelə keçişin sürətli olması səbəbi ilə yayılmış istifadə olunmaq üçün mühit tapılmamışdır. Bundan əlavə 100BaseT4 yalnızca half-duplex-i dəstəklədiyi üçün günümüzdə istifadə olunmamaqdadır. 100BaseT4 ümumi məlumat:


• 100Mbit/Saniyə

• Baseband

• Hub ilə PC arasında 100m maksimum məsafə

• Cat3 və üstü UTP kabel ilə 8 tel-i də istifadə edir

• Star-bus

• Digər bütün xüsusiyyətləri 10BaseT ilə eynidir