Kompüter Şəbəkələri

100BaseTX

100BaseTX

Günümüzdə ən yayılmış istifadə olunan ethernet standartı budur. CAT5 və üst kateqoriyada kabel və cihazları jak, patch panel, priz vs. istifadə olunmaqdadır. Eyni 10BaseT kimi sadəcə iki tel cütünü istifadə edərək məlumat ötürməni və almanı həyata keçirir. Full-duplex çalıştığı zaman 200Mbit sürətinə çata bilir.

Bütün fast ethernet şəbəkə cihazları şəbəkə kartları və hub-lar həm 10Mbit həm də 100Mbit sürətində çalışa bilirlər. Beləcə 100Mbit bir şəbəkə kartını 10Mbit hub-a taxdığınızda öz sürətini 10Mbit-ə salacaqdır. Eyni şəkildə 100Mbit hub-lar portlarından birinə 10Mbit-lik şəbəkə kartı 10BaseT taxılarsa bu portdan 10Mbit sürətində işləyər.

Bu xüsusiyyət hesabına 10BaseT və 100BaseT cihazları bir yerdə istifadə oluna bilər. Ancaq iki PC arasında 100Mbit bağlantı qurula bilməsi üçün bütün cihazları şəbəkə kartı, hub 100Mbit dəstəkləyə bilməlidir. 100BaseTX haqqında qısa məlumat:


• 100Mbit/Saniyə

• Baseband

• Hub ilə PC arasında 100m maksimum məsafə

• Cat5 və üst UTP kabel ilə 4 tel istifadə olunur

• Star-bus

• Digər bütün xüsusiyyətləri 10BaseT ilə eynidir