Kompüter Şəbəkələri

7 Lay

7 Lay

OSI modeli vasitəsi ilə bir cihazın və ya protokolun şəbəkə daxilində hansı vəzifəni yerinə yetirdiyini daha rahat izah etmək olar. OSI modeli, kompüter üzərindəki proqram məlumatının, şəbəkə mühitindən keçərək digər bir kompüter üzərindəki proqrama necə çatacağını təsvir edir. Model bu prosesi 7 lay formasında izah edir:

 

Layer 7 - Application 7. Lay - Tətbiqetmə Application Set(tətbiqetmə komplekti)
Layer 6 - Presentation 6. Lay � Təqdim etmə
Layer 5 - Session 6. Lay � Təqdim etmə
Layer 4 - Transport 6. Lay � Təqdim etmə Transport Set(ötürmə komplekti)
Layer 3 - Network 6. Lay � Təqdim etmə
Layer 2 - Data Link 6. Lay � Təqdim etmə
Layer 1 - Physical 6. Lay � Təqdim etmə

 

Tətbiqetmə layı məlumatı təqdim etmə layına, təqdim etmə isə sessiya layına ötürür. Bu şəkildə məlumat fiziki laya kimi çatdırılır. Məlumat qəbulunda isə bu proses əks formada ardıcıllıqla təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə layına kimi ötürülür. OSI modelinin lay adları ilə birlikdə rəqəmlərini də öyrənmək vacibdir.

OSI modelində hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə bilər: Application Set və Transport Set

Application Set(tətbiqetmə komplekti) tətbiqetmə layı və proqramlarla bağlı bölmədir. Əsasən proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır.

Transport Set(ötürmə komplekti) məlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat ötürmə layları həm proqram həm də şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə(məsələn: şəbəkə kabelinə) ən yaxın laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul etməkdir.

Layer7 Application
Layer6 Presentation
Layer5 Session
Layer4 Transport
Layer3 Network
Layer2 Data Link
Layer1 Physical

 

Lay 1: Fiziki lay

 

Fiziki lay kompüterlər arasında məlumatın kabel üzərindən fiziki şəkildə ötürülməsi üçün yaradılmışdır. Məlumatı ötürən tərəfdə ki fiziki lay məlumatı rəqəmsal(1 və 0) formadan elektrik siqnallarına çevirib kabelə yerləşdirir və qəbul edən tərəf də fiziki lay vasitəsi ilə kabeldən oxuduğu siqnalları təkrar rəqəmsal formaya çevirir. Yəni məlumat kompüterdə olarkən ikili say sistemi üzrə kodlaşdırılmış olur. Bu lay məlumatın ikili say sistemindən siqnal formasına çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt və 2 millisaniyə tezliyində elektrik siqnalı göndərirsə, qəbul edən tərəf eyni parametrlərdə olmalıdır. Əgər qəbul edən +7 volt və 5 millisaniyə tezliyində siqnalı qəbul etmək üçün qurulubdursa o zaman tezlik fərqi yaranacaqdır. Belə halda göndərilən məlumat qarşı tərəfdə anlaşılmayacaqdır və ötürülmə başa çatmayacaqdır. Fiziki lay bu tip vacib problemləri həll etmişdir. Şəbəkə kartı istehsalçıları bu problemləri nəzərə alaraq eyni tezlikləri istifadə edən şəbəkə kartları istehsal etməyə qərar vermişdirlər. Ona görə də şəbəkə kartları bir-birləri ilə problemsiz işləyirlər. Fiziki layda istifadə olunan və ən çox adı çəkilən texnologiyalardan hələlik bir neçəsi ilə sizi tanış etmək istəyirəm

ISDN (Integrated Services Digital Network)

ISDN, mövcud analoq telefon şəbəkəsinin rəqəmsal alternatividir. Normal bir telefon xətti kimi bir telefon nömrəsini yığaraq həm rəqəmsal, həm də analoq xətlərlə bağlantı qurula bilər. ISDN texnologiyasını adi analoq xətlərdən ayıran ən önəmli özəllik tamamən rəqəmsal təmiz bir səs kanalına sahib olması və eyni anda məlumat (data) mübadiləsinə yol verməsidir. Səs, görüntü, məlumat kimi hər cür informasiyanın rəqəmsal bir məkanda birləşdirib eyni xətt üzərindən mübadiləsini mümkün edən bir xəbərləşmə şəbəkəsidir

 

ISDN (Integrated Services Digital Network)

 

DSL-in qabağındakı x işarəsi onun fərqli versiyalarının yəni: ADSL, ADSL2, ADSL 2+, SDSL, VDSL olmasıdır.

 

ADSL (İngiliscə: Asymmetric Digital Subscriber Line)

Asimmetrik Rəqəmsal Abunə Xətti, bu günlərdə internetə qoşulmaq üçün ən çox istifadə olunan qoşulma texnologiyalarındandır. Asimmetrik sözü, məlumatın transfer sürətinin, göndərmə və alma üçün bərabər olmadığını göstərir. Yəni istifadəçinin məlumatı alma sürəti, göndərmə sürətindən yüksək olur.

ADSL 2+

ITU(International Telecommunication Union)-nun yaratdığı bir standartdır. Bu texnologiya 24 Mbit/s sürətində məlumat almağa imkan verir.

SDSL

Simetrik DSL- yəni məlumat eyni tezliklə ötürülür və qəbul olunur.

VDSL

(Very High-bit-rate Digital Subscriber Line) ADSL-ə çox bənzəyən bu DSL texnologiyası, Telefon və ISDN servislərində gəliş yönündə 55.2 Mbps, gediş yönündə 19.2 kbps-2.3 Mbps arası trafikdən istifadə edə bilir. VDSL, simetrik olaraq da işləyə bilir. VDSL-in ADSL-dən ən tez gözə çarpan fərqi göndərmə məsafəsinin azlığındadır. 13 Mbps sürət üçün 1.5 km, 55.2 Mbps üçün 300 metr məsafəyə göndərə bilir. VDSL əsasən FTTN (Fiber to The Neighborhood)-də çox istifadə olunur.

 

Lay 2: Fiziki lay

 

Məlumat bağlantısı layı Fiziki Laya çatmaq və istifadə eləmək ilə bağlı qaydaları tənzim edir. Məlumat bağlantısı layının böyük bir bölməsi şəbəkə kartı içində həyata keçirilir. Məlumat bağlantısı layı şəbəkə üzərindəki digər kompüterlərin aydınlaşdırması, kabelin o anda kimin tərəfindən istifadə olunduğunu təsbit edilməsi və fiziki laydan gələn məlumatın xətalara qarşı kontrolu vəzifəsini yerinə yetirir

 

Məlumat bağlantısı layı iki daxili bölməyə ayrılır:

Məlumat Bağlantısı LLC
MAC

Media Access Control (MAC)

Media Keçid Kontrolu

 

Logical Link Control (LLC)

Məntiqi Bağlantı Kontrolu

 

MAC alt layı məlumata xəta kontrol kodu CRC ilə birlikdə qəbul edən və göndərənin MAC ünvanlarını birlikdə paketləyir və fiziki laya ötürür. MAC adres bax elə bu layda yerləşdirilir.

 

Qəbul edən tərəfdə də bu işi tərsinə görür MAC adreslərini(ünvanlarını) oxuyur əgər ona gəlibsə məlumatı məlumat bağlantısı layının içindəki ikinci alt laya LLC-ə ötürür.

 

LLC alt layı, yuxarı lay olan şəbəkə layı (3. lay) üçün keçid vəzifəsini görür. Protokola məxsus(aid) məntiqi portlar yaradır (Service Access Points, SAP). Beləcə mənbə olan kompüterdə və hədəf olan kompüterdə ki eyni protokollar mübadiləyə keçə bilirlər. Məsələn: TCP/IP TCP/IP. LLC ayrıca məlumat paketlərindən xarab gedənlərin və qarşı tərəfdə xarab çatanların təkrar göndərilməsindən cavabdehdir. Digər vəzifəsi Flow Control nəzarətidir. Flow Control qəbul edənin işləyə biləcəyindən çox məlumat paketi göndərilərək onun boğulmasının qarşısını almaq üçün LLC tərkibində yerləşdirilmiş nəzarətdir

 

Data Link Layında bir alt mərhələdə elektron media üzərindən məlumatların necə göndəriləcəyi ya da məlumatların bu mediada necə yerləşdiriləcəyi təyin olunur. Bu layda Ethernet ya da Token Ring kimi tanınan ötürmə texnologiyaları çalışır. Bu texnologiyalar məlumatları öz protokollarına uyğun olaraq işləyib ötürürlər. Bu mərhələdə məlumatlar müəyyən parçalara bölünür. Həmin parçalara paket ya da frame(karkas, skelet, gövdə) deyilir. Frame-lər məlumatları müəyyən bir nəzarət içində göndərilməsini təmin edən paketlərdir. Məlumat xətti layında yayılmış şəkildə istifadə olunan protokollar Ethernet və Token Ring-dir.

 

 

Lay 3:Şəbəkə Layı

 

Şəbəkə Layında məlumat paketinə fərqli bir şəbəkəyə məlumat göndərilən zaman lazım olarsa yönləşdiricilərin istifadə edəcəyi məlumatın (yəni istiqamət bilgilərinin) əlavə olunduğu laydır. Ola bilsin məlumat göndərmək istədiyin kompüter sənin hub-ında yerləşmir və sən göndərilməli olan hub-ın adresini verirsən. Elə bil Bakıdan Vilvan kəndinə getməlisən amma bilmirsən hansı rayonun kəndidi. Ona görə adresi Lənkəran hub-dakı Vilvan adresinə getməli olduğunu bildirməlisən. IP protokolu da bu layda fəaliyyət göstərir. İp-nin Subnetmask ünvanı yuxarıda izah olunan şəbəkələr daxil adresinin təyin olunması üçündür.

 

Lay 4:Daşınma(Ötürmə)Layı

 

Daşıma layı üst laylardan gələn məlumatı şəbəkə paketi səviyyəsində parçalara bölür. NetBEUI, TCP və SPX kimi protokollar bu layda çalışır. Bu protokollar xəta kontrolu kimi vəzifələrini yerinə yetirir. Daşıma layı alt laylar Transport Set və üst laylar Application Set arasında keçid vəzifəsini görür. Alt laylar məlumatın nə olduğuna baxmadan qarşı tərəfə yollama işini görən zaman, üst laylar da istifadə olunan təchizat ilə maraqlanmadan məlumatın özü ilə məşğul olurlar. Yəni baxmırlar hansı şəbəkədən gəlib, hansı MAC adresi göndərib sadəcə olaraq məlumatı yoxlayırlar. Əgər məlumat tam deyilsə alt laylar vasitəsi ilə digər kompüterə məlumatın tam gəlmədiyini bildirirlər.

 

 

Lay 5:Sessiya Layı

 

Sessiya layı bir kompüterin eyni anda birdən çox kompüterlə əlaqədə olduğu zaman, lazım olan doğru kompüterlə danışa bilmə imkanı yaradır. Məsələn A kompüteri B üzəridəki printerə çap əmri verəndə, C kompüteri B üzərindəki diskdən istifadə edirsə, B həm A ilə olan, həm də C ilə olan əlaqəni eyni anda saxlamaq məcburiyyətindədir. Bu layda çalışan NetBIOS və Sockets kimi protokollar fərqli kompüterlərlə eyni anda olan əlaqələri idarə etmə imkanı verir.

 

 

Lay 6:Təqdim etmə Layı

 

Təqdim etmə layının ən önəmli vəzifəsi yollanan məlumatın qarşı kompüter tərəfindən başa düşülən halda olmasını təmin etməkdir. Beləcə fərqli proqramların bir-birilərinin məlumatını istifadə edə bilməsi mümkün olur.

 

Dos və Windows 9x, mətin tipli məlumatı 8 bit ASCII kimi qəbul edirsə (məsələn A hərfini 01000001 kimi), NT bazalı əməliyyat sistemləri üçün istifadə olunan 16 bit Unicode (A hərfini 0000000001000001 kimi) qəbul edir. Ancaq istifadəçi təbii ki sadəcə A hərfi ilə maraqlanır. Təqdim etmə layı bu kimi fərqlilikləri aradan götürür.

 

Son vaxtlarda Təqdim etmə layı şəbəkə ilə bağlı deyil, proqramlarla bağlı hala gəlmişdir. Məsələn, əgər siz iki tərəfdə də �.gif� formatını aça bilən bir şəkil göstərici istifadə edirsinizsə, bir kompüterin digər bir kompüter üzərindəki �GIF� faylını açması əsnasında təqdim etmə layına bir iş düşmür. Təqdim etmə lay istifadə etdiyi kompüterdə eyni faylı oxuya bilən proqramlardan birini istifadə edərək şəkili açacaqdır.