Kompüter Şəbəkələri

Baseband və Broadband

Baseband və Broadband

Əgər kabeldən tək siqnal ötürülürsə bu baseband adlanır. Ancaq eyni kabeldən, eyni anda fərqli tezliklər istifadə olunur və birdən çox siqnal ötürmək mümkündürsə ona Broadband deyilir. Evimizdə olan kabel televiziya buna bir misaldır. Bir kabeldən eyni anda bir neçə kanalın siqnalı gəlir. Broadband Frequency Division Multiplexing adı verilən bir texnika ilə eyni kabel üzərində sərbəst şəkildə kanallar yaratmaq olar. Hər bir kanal əslində fərqli tezlikdəki bir siqnalı daşıyır. Kabel TV misalından davam etsək televizorumuz digər kanalları təmizləyir və bizim istədiyimiz kanalı bizə göstərir. Baseband isə daha sadə bir quruluşda işləyir. Kabel üzərindən eyni anda tək bir siqnal göndərir və alıcı cihaz üçün kabeldə sadəcə üç hal ola bilər, 1,0 və ya kabelin boş olması. Baseband'in sadə quruluşunun olması, cihazlarının da sadə və ucuz olmasına təsir edir.

10Base5 seqmenti(bütöv bir kabel, bütöv bir parça, kabel parçası) 500 metrdən uzun ola bilməz. Seqment tək parka bütöv kabel deməkdir. 10Base5-də eyni kabel bütün terminalları gəzdiyi üçün seqment bu kabeldədir. Amma hub-lı sistemdə terminaldan hub-a və ya hub-lar arası kabellər də seqment adlandırıla bilər

Yuxarıda da gördüyünüz kimi 10Base5-də terminallar birbaşa seqmentə bağlanmır. Ana koaksiala Traciever adı verilən bir cihaz taxılır və bu cihazdan çıxan ikinci bir kabel kompüterin şəbəkə kartına girirdi. Transceiver koaks kabelə 2.5 metrə aralıqlarla taxıla bilərdi. Bu səbəblə Thicknet kabeli sarı olması ilə eyni zamanda, onun üzərinə 2.5 metrdən bir qara işarə qoyulurdu. Beləcə texniklər bu nöqtədən sonra trasceiver-i taxa bilirdilər.

Aşağıdakı şəkildə 2.5m məsafənin necə qorunduğuna fikir verin. 2.5 metrdən bir node olmalıdır.

Transciever-in istifadəsi:

Transciever ilə kompüter arasında ki kabel 50m-yə qədər çıxa bilirdi. Buna bəzən drop(damcı, aşağı enmə) kabeldə deyilirdi. Çünki koaksial kabel ilə Thicknet çəkiləndə o əsasən tavan ilə aparılırdı, Transciever birləşdiriləndən sonra şəbəkə kartına taxılması üçün ondan çıxan koaksial kabeli aşağı endirirdilər və bu enən kabelə drop(enən) kabel deyirdilər.

Şəbəkə kartında drop kabelin girdiyi porta(girişə) AUI adı verilmişdi.

Yuxarıda iki fərqli ethernet standartı, 10Base5 və 10Base2 ilə çalışa biləcək şəkildə istehsal olunmuş bir şəbəkə kartı görürsünüz. Keçiş dövründə uyğunsuzluğu aradan qaldırmaq üçün COMBO(combine-sözündən “birləşdirmək”) kartlar çox yayılmış idi. Bir 10Base5 seqmentinə ən çox 100 node(düyün, başlıq) taxıla bilərdi. 10Base5 Transceiver-dən istifadə etməsi şəbəkənin baha başa gəlməsinə, qalın olmasının çəkilişini çətinləşdirməsinə görə yerini Thinnet 10Base2-yə verdi. 10Base5 haqqında qısa məlumat.


• 10 Mbs sürətində

• Baseband

• RG-8 kabel istifadə edir

• Segment ən çox 500m ola bilər

• Bir segmentdə 100-dən çox kompüter bağlı ola bilməz

• Hər bir cihaz 2.5m və ya 2.5m-nin qatları olan
aralıqlarla koaksiala bağlanmalıdır

• Thick Ethernet və ya Thicknet olaraq tanınır