Kompüter Şəbəkələri

Birbaşa qoşulma üçün istifadə olunan kabel texnologiyaları və inkişafı

Birbaşa qoşulma üçün istifadə olunan kabel texnologiyaları və inkişafı

İş yerlərində ilk kompüterlərin peyda olmasından sonra istifadəçilər məlumat ötürmək, çap etmək üçün ilk olaraq birbaşa qoşulma kabellərindən istifadə etməyə başladılar. İki kompüterin bir-birinə qoşulması, kompüterin arxa hissəsində yerləşən COM və LPT portlarından mümkün olurdu. Bu portlara və ya girişlərə qoşulmaq üçün nul-modem kabellərdən istifadə olunurdu. Düzdür bu qoşulma üsulu çox da güclü deyildi amma böyük həcmdə məlumatların ötürülməsi üçün əlverişli idi. LPT portuna sinonim kimi paralel port da deyilir və əgər printer port və ya Centronics port eşitsəniz bilin ki söhbət LPT-dən gedir. İstəyirəm LPT haqqında daha ətraflı məlumat verim ki siz onu gözü yumulu tanıya biləsiniz. LPT (Line Print Terminal) sözlərinin birləşməsindən yaranıb və ilk printerlərin kompüterə qoşulması üçün istifadə olunan texnologiyadır. Bu texnologiya Centronics parallel interface(Centronics paralel portu) Dr. An Wang, Robert Howard və Prentice Robinson tərəfindən Wang Laboratories-də yaradılmışdır. 1990-cı ildə LPT standartlaşdırılıb və bu standart ilk olaraq IEEE 1284 modeli ilə buraxılmağa başlanılıb. Sizə şəkillərlə LPT-lər haqqında təsəvvür yaratmağa çalışacağam.

Bu şəkildə pinlərin yəni içərisindəki simlərin nə işə yaradığını görə bilərsiniz. Əgər simlərdən hər hansı biri qırılsa nəyin işləməyəcəyini anlamaq olar.


IEEE 1284- printer üçün kabel, DB-25 və 36 pin Centronics konnektor.

Burada yeni adla DB-25 ilə tanış ola bilərik, görəsən bu nədir? D-subminiature və ya D-sub kompüterlər üçün istifadə olunan standart elektrik birləşdiricisidir (connector-konnektor). Onlar ilk təqdim olunduqlarında "subminiature" kimi adlandırılmışdırlar, bu gün onlar kompüterlərdə ən geniş istifadə olunan birləşdiricilərdir.


Buda D-sub başlıqlarının pinlərinin saylarına görə növləri 
 

LPT COM
LPT və COM bir-birinə görünüş cəhətdən oxşar olsalar da onlar fərqlidirlər

LPT (paralel port)- standartlaşdırıldıqdan sonra 1990-cı ildə yaradıldı və adı IEEE 1284 oldu. Bu modeldən sonra daha yeniləri istehsal olunmuşdur. Ən yenisi IEEE 1394-dür. Apple kompaniyası tərəfindən FireWire və Sony firması tərəfindən i.LINK adlandırılmışdır. Yeri gəlmiş ikən bunu da deyim IEEE(The Institute of Electrical and Electronics Engineers)-nin açılışı belədir. Bu təşkilat professional, mənfəət güdməyən təşkilatdır. Tərkibində dünyanın 175 ölkəsindən 360,000 üzvü var. Dünya səviyyəsində müxtəlif texnologiyaların standartlaşdırılması məsələləri ilə məşğuldur. İşlərini istehsalçı firmalarla birlikdə aparan bu qurum 1980-ci ildə 802 nömrəli bir komissiya yaratdı. Komissiyanın vəzifəsi kompüter şəbəkələri ilə bağlı müxtəlif standartları ortaya çıxartmaq idi. IEEE-nin fərqli kodlu başqa komissiyaları digər texnologiyalar üzərində çalışmağa davam edirlər. Məsələn IEEE 1284 paralel ötürmə ilə bağlı məsələlər üzərində çalışarkən, IEEE 1394 Firewire bağlantı standartını yaratmışdı. 802 komissiyası fərqli şəbəkə texnologiyalarını tədqiq etmək üzrə alt komissiyalara bölmüşdür.

IEEE 802 komissiyaları İEEE komissiyalarının işlədiyi sahələr
IEEE 802
IEEE 802.1
802.1s
802.1w
802.1x
IEEE 802.2
IEEE 802.3
802.3ae
IEEE 802.4
IEEE 802.5
IEEE 802.6
IEEE 802.7
IEEE 802.8
IEEE 802.9
IEEE 802.11
802.11b
802.11a
802.11g
IEEE 802.12
IEEE 802.13
IEEE 802.14
IEEE 802.15
IEEE 802.16
IEEE 802.17
LAN&WAN LAN/WAN Bridging and Management
Multiple Spanning Tree
Rapid Reconfiguration of Spanning Tree
Port Based Network Access Control
Logical Link Control (LLC)
CSMA/CD access method (Ethernet)
10 Gigabit Ethernet
Token Passing Bus access method and Physical layer specifications
Token Ring access method and Physical layer specifications
Distributed Queue Dual Bus (DQDB) access method and Physical layer
specifications (Metropolitan Area Networks)
Broadband LAN
Fiber Optic
Interoperable LAN/MAN Security
Wireless LAN Medium Access Control (MAC) and Physical layer specifications (2 Mbit Wireless)
11 Mbit Wireless
54 Mbit Wireless
54 Mbit Wireless
Demand-priority access method, Physical Layer and repeater specifications
İstifadə olunmur
Cable Modems
Wireless Personal Area Network (WPAN)
Wireless Metropolitan Area Network (Wireless MAN)
Resilient Packet Ring (RPR) Access

 

Komissiyanın bəzi bölmələri uğursuz olmuşdur, bir qismi də (802.4 Token Ring kimi) artıq istifadə olunmur. Bəziləridə inkişaf etdirilməkdədir. Bizim üçün əsas IEEE 802.3, 802.5 və 802.11 standartlarıdır. Şəbəkələrin inkişaf tarixini oxuyarkən bunlar sizə tam aydın olacaqdır. 

COM –unda sinonim adı var o “serial port” adlanır və standart forması RS-232-dir. Bu tip başlıqları əsasən monitorları prosessorun qutusuna qoşan zaman görə bilərsiniz.


Erkək başlıq(male) Dişi başlıq(female)

Elektronika aləmində taxılan kabel başlarına yəni açıqda olan simli başlığa “erkək” başlıq və taxılma yerləri olan başlığa “dişi” başlıq deyirlər. COM- un inkişaf mərhələsi onu hamımızın tanıdığı USB formasına çevirmişdir. Aşağıda buna aid bir neçə misal var.


 

Demək olar ki bu günlərdə COM-ları USB portlar əvəz edir. Artıq kompüterə qoşulan alətlərin istifadə etdiyi texnologiya “portlar” haqqında anlayışınız oldu.