Kompüter Şəbəkələri

Bridge

Bridge

Bridge-lər iki və ya daha çox şəbəkə arasındakı trafiki, məlumat paketlərindəki MAC adresinə baxaraq ötürür və ya dayandırır.

1Ethernet bridge ilk taxıldığında eynən repeater kimi çalışır. A kompüteri C-yə məlumat yolladığında, paket B və C-yə eyni zamanda bridge-ə çatır. Repeater məntiqi ilə bu paketin D,E və F-yə çatması lazımdı. Bridge hələ ki A-nı B-ni tanımır və gələn paketi baxmadan keçirir. Ancaq paketi oxuyur və şəbəkədə ki kompüterlərin MAC adreslərini və daxil olduqları toqquşma sahəsini qeyd etməyə başlayır. A-nın "Toqquşma sahəsi 1" daxilindəki kompüter olduğunu anlamışdır. A C-yə paket göndərəndə, bu paket A və C-yə eyni zamanda Bridge-ə çatır. Brige-də baxır ki, bu paket C-yə göndərilmiş bir paketdir, A-da C-də "Toqquşma sahəsi 1"-də yerləşir, paketin özü də birinci sahədə yaranıbdır ona görə də paketi "Toqquşma sahəsi 2"-yə keçirtmir.

Yuxarıda da gördüyünüz kimi 10Base5-də terminallar birbaşa seqmentə bağlanmır. Ana koaksiala Traciever adı verilən bir cihaz taxılır və bu cihazdan çıxan ikinci bir kabel kompüterin şəbəkə kartına girirdi. Transceiver koaks kabelə 2.5 metrə aralıqlarla taxıla bilərdi. Bu səbəblə Thicknet kabeli sarı olması ilə eyni zamanda, onun üzərinə 2.5 metrdən bir qara işarə qoyulurdu. Beləcə texniklər bu nöqtədən sonra trasceiver-i taxa bilirdilər.

Nəticədə bir neçə saniyə içində bütün kompüterlər şəbəkəni istifadə etmiş olurlar və Bridge bütün kompüterlərin hansı toqquşma sahəsinə daxil olduğunu anlamış olur.

Toqquşma Sahəsi 1 Toqquşma Sahəsi 2    
Kompüter MAC adresi Kompüter MAC adresi
A 00 45 5D 32 5E 72 D 9F 16 C6 55 4D EE
B 9F 16 C6 99 DF F1 E 00 45 5D 75 D3 95
C 9F 16 C6 85 E5 55 F 9F 16 C6 DD 41 11

Bridge-də belə cədvəl yarandıqdan sonra bridge hər iki tərəfdən də gələn paketi qarşıya ötürüb ötürməyəcəyini bilir. Beləcə TS1 içində gerçəkləşən bir trafik(A>C) TS2-ni məşğul etmir. A C-yə məlumat yollayarkən eyni anda, D də F-yə məlumat yollaya bilir.

Əlbəttə A-dan F-yə göndərilən bir paket Bridge-i keçə biləcəkdir. Bridge-lərin iki faydası vardır. Birincisi seqmentləri bağlamasına baxmayaraq, seqmentlər arasında filtrləmə vəzifəsini görərək, lazımsız trafikin qarşısını alır və seqmentlərin fərqli toqquşma sahələri kimi qalmasını təmin edir. İkinci faydası isə budur: 5-4-3 qaydası deyilən hədd qoymanın şəbəkənin tamamı üçün uyğun olması yerinə sadəcə hər bir seqmentin içində uyğun olmasını təmin edir. Kitabda 5-4-3 qaydası ilə bağlı mövzu mövcuddur. Yuxarıda bir şəbəkəyə ən çox dörd repeater taxıla biləcəyini demişdik. Əslində şəbəkədəki iki kompüter arasında ən çox dörd repeater ola bilər desək daha doğru olar. Ancaq Bridge ilə iki seqmenti bağladığınızda bu qayda bütün şəbəkə üçün deyil, seqmentlərin hər biri üçün ayrı-ayrı aid olur. Məsələn yuxarıdakı şəkildə soldakı TS1 içində dörd repeater olsa, sağda TS2 içində də dörd dənə repeater ola bilər. Qısaca bridge seqmentləri bağlamasına baxmayaraq, hər seqment tək başına çalışırmış kimi davranmasına imkan verir.

Şəbəkə üzərindəki trafikin böyük bir bölümü unicast formadadır yəni bəlli bir kompüterə istiqamətlənmişdir(A>B kimi). Ancaq bəzən broadcast mesajlar da ola bilir. Məsələn "Zabil" adlı kompüterə çatmaq istədiyimizdə, bizim şəbəkə kartımız bütün kompüterlərə gedəcək və deyəcək "əgər kompüter adın = Zabil isə mənə MAC adresini yolla". Bu mesaj bütün kompüterlərə çatır və Zabil adındakı kompüter MAC adresini yollayır. Bridge-ler bu sistemin çalışa bilməsi üçün Broadcast adreslərini istifadə edirlər. Bridge-lər istifadə olunduğunda şəbəkədəki kompüterlərdə hər hansı bir tənzimləmə edilməsinə ehtiyac yoxdur. Bridge bir seqmentdən gələn və digərinə ötürülməsi lazım olan məlumat paketlərini sıfırdan yaradıb digər seqmentə yollayır. Paket brig-də özünə gəlib yenidən yola düşür. Bridge gələn paketi eynən yaradıb yolladığı üçün fərqli paket quruluşları istifadə edən şəbəkələrin birləşdirilməsində istifadə oluna bilməz. (Ethetnet<->Token Ring).

Bridge çox fərqli şəkillərdə qarşınıza çıxa bilər. Ethernet repeater-ə çox bənzəyən ayrı bir qurğu ola biləcəyi kimi, üzərində Bridge proqramı çalışan bir kompüter də ola bilər. Məsələn, Windows XP Pro istifadə edən və birdən çox şəbəkə kartı olan bir kompüter, fərqli şəbəkələr arasında bridge kimi çalışa bilir. Bridge istifadə olunarkən diqqət edilməsi lazım olan bir nöqtə vardır. Birdən çox bridge olan bir şəbəkədə loop yəni təkrar dönmə yarana bilər. Bu eyni kompüterə çatmaq üçün birdən çox yol olması halında da təkrar dönmə yaranır və bridge-lər bunu kontrol edə bilməzlər. Aşağıda buna misal olaraq üç bridge qoşulmuş şəbəkə modelinin şəkli vardır.

A paket yolladığında, Bridge 2 və Bridge 3 bu paketi Bridge 1-ə ötürür. Beləcə Bridge 1 üçün hər iki tərəfdə də A kompüteri varmış kimi bir hal yaranır. Bu durum digər Bridge-lərin də başını qarışdırır və paket ardıcıl olaraq bridge-lər arasında dönməyə başlayır yəni loop/təkrar dönmə yaradır. Bunun önünə keçmək üçün bridge-lərə istifadə olunarkən diqqət edilməlidir. Bir çox modern bridge Spanning Tree Algorithm adı verilən bir texnologiya ilə təkrar dönməyə yol açan bridge-i təsbit edib fəaliyyətini dayandırır. Bridge-in işini sadalasaq:


• Məlumat paketlərindəki MAC adreslərinə baxaraq, paketləri seqmentlər arasında keçirir və ya durdurur

• Broadcast paketlərini daima keçirir

• Bridge-lər, MAC adreslərini oxuya bilərlər, bu da onların 2. OSI layında yəni Data Link Layer-də çalışan cihazlar olduğunu göstərir

• Bridge-lər sadəcə eyni məlumat paketi quruluşunu istifadə edən şəbəkələri birləşdirə bilər (Ethernet<->Ethernet)

• Bridge-lər gələn məlumat paketlərini analiz edərək şəbəkə üzərindəki kompüterlərin siyahısını yaradırlar

• Kompüterlər arasında bridge-lər istifadə olunaraq alternativ yollar yaradıla bilməz, təkrar dönmə yaranır

Bridge-lər şəbəkə içindəki trafiki bölmədə və 5-4-3 sərhədini aşmada istifadə oluna bilər. Ancaq kompüterlər arasında alternativ yollar yaratmaq işi ancaq daha inkişaf etdirilmiş bir cihazla, yəni yönləşdiricilərlə (router) edə bilərlər. Repeater mövzusunda, UTP kabelləmə ilə istifadə etdiyimiz hub adlanan cihazların əslində bir çox portu olan və UTP kabelə uyğun yaradılmış repeater-lər olduğunu bildirmişdik. Eyni şəkildə, UTP kabelləmədə istifadə olunan switch adlanan cihaz da qabaca bir çox portu olan bridge kimi düşünülə bilər.