Kompüter Şəbəkələri

Düz kabel

Düz kabel

Yanda düz bağlantı görürük. Diqqət etsəniz kompüterin şəbəkə kartında 1. pin TX+ ikən hub tərəfində 1. pin RX+.

Kabeli düzəldərkən kabelin iki ucundakı jaklarda, birbaşa bağlantı düzəltsək, yəni 1-ci pin qarşıda da 1-ə gedəcək, 2-ci pin 2-yə... gedəcək şəklidə düzəltsək düz kabel düzəltmiş olarıq. Beləcə PC-nin göndərmə edən ucları(TX) hub-ın qəbul etmə uclarına(RX) uyğun gəlmiş olur. PC-nin birbaşa hub-a bağlanmadığı məkanlarda, kompüter ilə divarda yerləşən taxılma yeri arasındakı kabellər, divardakı yerlərindən patch panellərə gedən kabellər və patch paneldən hub-a girən kabellər həmişə düz kabellərdir. Qısacası, daima düz bağlantı düzəltsəniz ancaq bəzi xüsusi vəziyyətlərdə çarpaz kabel lazım ola bilər.