Kompüter Şəbəkələri

Kompüter şəbəkələrinin keçmişi və bu günü

Kompüter şəbəkələrinin keçmişi və bu günü

Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? - sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üz qabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefin kompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun klublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər. Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilk şəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim

60-cı illərdə kompüter deyiləndə ağıla böyük mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə ki mainframe-lər indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru nə də klaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.

                                   

Mainframe-lər iş dünyasında istifadə edilən ilk kompüterlərdəndirlər. Çox az sayda istehsal olunmuş bu aparatlar böyük bir sığorta şirkəti tərəfindən istifadə edilmişdir və sonra 1984-cü ildə muzeyə verilmişdir. 1950-ci ildə bu kompüterlərin 40 dənəsi çox çətin riyazi hesablamalarda istifadə olunmuşdur. Aralarında Sidney Opera binasının da olduğu bir çox bina və körpünün düzəldilməsində bu kompüterlər faydalı olmuşdur. 1955-ci ildə, kompüterlərin istehsalçısı Ferranti şirkəti, kompüterlərdən birini elm adamları və riyaziyyatçılara təqdim etdi. Beləcə illər tələb edən hesablamalar bu firmaya gətirilirdi və hesablamalar kompüterdə aparıldıqdan sonra nəticə yiyəsinə təslim edilirdi. Başlanğıcda klaviatura və monitoru olmayan bu cihazlar bir və ya daha çox operator tərəfindən proqramlaşdırılır, işləməsi təmin edilirdi. Sonra ekran və klaviaturalardan istifadə olunmağa başlanıldı. Bir mainframe-ə birdən çox klaviatura və monitor birləşdirmək olurdu. Eyni anda birdən çox adam bu cihaza proqram yaza bilərdi. Diqqət etdinizsə proqram yazmaqdan bəhs etdim. O vaxtlar hazır proqramları alıb istifadə etmək yox idi, bir proqrama ehtiyacın var idisə onu oturub yazırdın. Haqqında bəhs etdiyimiz sistemlərə "şəbəkə" deyə bilmərik, çünki bu klaviaturalarla və monitorlarla sadəcə informasiya daxil edilir və çıxarılırdı. Bəlkə axmaq terminal termini eşitmişiniz. Üzərilərində CPU(Si Pİ Yu)-su olmayan bu cihazlar Dumb(damb) terminal-axmaq terminal adlandırılırdı. Vaxt keçdikcə mainframe-lər inkişaf etdirildi və hard disklərdən istifadə olunmağa başlanıldı. Çox keçmədən mainframe-lər arasında məlumatın paylanması fikri ortaya çıxdı. Ümumiyyətlə, mainframe-lər bir-birindən minlərcə kilometr uzaqda yerləşirdilər. Eyni bina içində yerləşən mainframe-lər isə çox vaxt fərqli istehsalçıların cihazları olurdu.

Həqiqi şəbəkələrdən çox-çox əvvəl alimlər fərqli iki sistemin məlumatlarının hansı yolla bölüşdürülməsi haqqında müzakirə etməyə başlamışdılar. Yəqin ki siz də ilk kompüter şəbəkəsinin ARPANET olduğunu eşitmisiniz. Amerikanın ARPANET Advanced Research Projects Agency(ARPA) adlı agentliyi tərəfindən qurulmuşdur. ARPA 1958-ci ildə qurulan və Amerika dövləti üçün yüksək texnologiyalar düzəldən agentlik idi. 1972-ci ildə adı DARPA(Defence Advanced Research Agency) kimi dəyişdirildi, 1993-cü ildə təkrar ARPA, 1996-cı ildə isə təkrar DARPA oldu. DARPA kompüter şəbəkələri ilə bağlı fərqli olan fikirləri bir araya gətirərək ümumi sistem düzəltdi. Bu agentlik vasitəsi ilə kompüter şəbəkə layihələri, internetin təməlini qoymuş TCP/IP və buna bənzər texnologiyalar yaradıldı. Əlbəttə belə sual yarana bilər ki bəs mainframe-lər hara oldular. 80-ci illərdə İBM(ay bi em) PC(pi si)Personal Computer- fərdi kompüter fikrini irəli sürdü. Bu kompüterlərdə hətta proqramlaşdırma təminatı da olacaqdı (DOS, Windows,...). Nəticədə PC və ya mini-computer adlandırılan bu kompüterlərin dünyadakı sayı milyonlara, milyardlara çatdı. Mainframe-lər texnologiyadakı yeniliklərə baxmayaraq ilk yaradıldıqları məqsədə hələ də xidmət edirlər. Müəyyən hədd daxilində hesablamaya ehtiyacı olan firmalar prosessoru IBM As400 olan maşınlardan və buna bənzər mainframe sistemlərindən hələ də istifadə edirlər. Universitetlərdə və tədqiqat qurumlarında istifadə olunan "super kompüter"-ləri də unutmamaq lazımdır.

Mainframe almaq imkanı olmayan firmalar üçün mini-computer/PC şəbəkələri sistemi yaradıldı. Onlardan bəziləri Novell-in Netware(Netveyr) sistemi, Microsoft-un NT-si və onların davamı olan Windows 2000, XP, Vista buna misal çəkilə bilərlər.