Kompüter Şəbəkələri

OSİ haqqında əlavələr

OSİ haqqında əlavələr

OSI xəyali bir modeldir. Yəni heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görə bilməzsiniz. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI Modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hub dediyimiz cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hub-ların fiziki(1-ci lay) layda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch(sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta(o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Bunları əlbəttə ki geniş araşdıracağıq. Bəzən yönləşdiriciləri(router) olan üç layda işləyə bilən switch-lər ilə qarşılaşacaqsınız. Bu cihazlar bir az daha irəli gedib, 3-cü layda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər. OSI Modelində ən üst laydan yola çıxan xam məlumat (məsələn A hərfi, bir rəsm, bir səs faylı v.s.) hər layda o layla aid bəzi əlavələr olunduqdan sonra bir alt laya çatdırılır.

Aşağıda OSİ modelində paket üzərinə əlavə olunan məlumatların digər kompüterdə uyğun laylarda oxunub paketdən götürülməsi təsvir olunmuşdur. Bu şəkil sizə müəyyən qədər OSİ modelini yaddaşınızda canlandırmağa yardımçı olacaqdır.

Qəbul edən kompüterdə isə, altdan üstə doğru hər lay qarşı tərəfdəki eyni layın məlumatını istifadə edir, özünə aid məlumatı təmizləyib paketi bir üst laya ötürür. Modelə görə hər bir lay əsasən üç lay ilə işləyir. Bu üç lay alt və üst laylar və qarşı tərəfdəki eyni laydır. Məsələn, Transport layındakı TCP protokolu, təbii olaraq bir üst laydan aldığı məlumatı bir alt laya ötürür(məlumat göndərilməsi) və ya alt laydan gələn məlumatı üst laya ötürür(məlumat alınması). Ancaq gələn məlumat paketləri əksikdirsə, təkrar göndərilməsi lazım olan məlumat paketini qarşı tərəfdəki eyni laya bildirmə vəzifəsini də yerinə yetirir. Eyni formada Data link layı məlumatı üç lay üçün işləyir