Kompüter Şəbəkələri

Token Ring şəbəkəsi

Token Ring şəbəkəsi

Token Ring, 1986-cı ildə İBM firması tərəfindən təklif edilmişdir. Ən üstün cəhətləri etibarlı, sürətli və firma tərəfindən yaxşı dəstək verilməsi idi. Token Ring ondan sonra yaranan Ethernet-dən 3-4 dəfə daha baha idi. Token Ring istehsalçılarına firma tərəfindən tam lisenziya verilmirdi və buna görə az firma onu istehsal edirdi. Amma Ethernet bir çox firma tərəfindən istehsal olunur və ucuz satılırdı. Token Ring marker ötürmə texnologiyası ilə qurulmuşdu. Bütün kompüterlər bir dairə formasında qoşulurdular və marker hər kompüterə baş vurur və göndərilməsi lazım olan paketi götürüb lazım olan yerə çatdırırdı.

Bu zaman əgər kimsə eyni vaxtda məlumat göndərmək istəsəydi o markerin boşalmağını gözləməli idi. Şəbəkə daxilində də bir markerdən çox marker olmamalı idi. Buna nəzarət etməsi üçün şəbəkəyə nəzarət edən Aktiv Monitor adlanan kompüterin olması lazım gəlirdi. Həmin kompüter əgər şəbəkədə hər hansı bir səhv var idisə onu düzəldirdi. Məsələn əgər şəbəkədə iki marker olarsa onun birini dərhal məhv edirdi.

Token Ring hub texnologiyasına da malik idi. O eynən yuxarıda gördüyünüz şəkildə ki kimi marker-i göndərir və marker-ə məlumat əlavə olunandan sonra onu lazımı yerə çatdrırdı. Bu sistem vasitəsi ilə fiziki topolojidən həlqə formalı ulduza çevrilirdi. Bu sistemin üstünlüyü onun marker vasitəsi ilə hansı kompüterin şəbəkəyə qoşulu və ya şəbəkə vəziyyətinin saz, nasaz olmasını xəbər verə bilirdi. Aşağıdakı şəkildə aktiv monitor 5-ci kompüterdir və hub vasitəsi ilə markeri göndərir.

oken Ring IEEE 802.5 standartı sayılır və öz şan şöhrətini tez bir vaxta Ethernet-ə verir. Hal-hazırda bu sistemdən demək olar ki istifadə olunmur. İBM onu bəzən firma daxilində mainframe-lər üçün istifadə edir.

İEEE komissiyaları cədvəlində göstərdiyim əsas IEEE 802.3, 802.5 və 802.11 standartları daxilində Token Ring-in də adı gedir. Bəli Token Ring 802.5-dən istifadə edirdi və bu gün bu texnologiya standartlaşmada özünə məxsus lazımlı yerini tutur. Bu o demək deyil ki Token Ring bütünlükdə istifadə olunur. Sadəcə olaraq onda olan lazımlı texnologiyalar daha yaxşısında tətbiq edilir.

Qeyd: Ethernet şəbəkələrinə keçməzdən əvvəl şəbəkələrdə istifadə olunan kabellər ilə sizi tanış etmək istəyirəm. Sonra ən geniş yayılmış şəbəkə növü olan Ethernet-də kabellərin adları yazılanda sözün nədən getdiyini anlayacaqsınız.