Kompüter Şəbəkələri

Vista əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi)

Vista əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi)

Vista əməliyyat sistemi yuxarıda bildirdiyim kimi təhlükəsizlik məsələlərinə ciddi yanaşır. Ona görə də hər hansı bir faylı bölüşdürmək istədiyin zaman onu dəqiqləşdirməlisən ki hansı səviyyədə kompüter faylları şəbəkə mühitində bölüşdürə bilər. Əlbətdə ki buna bənzər hal XP-də Allow network users to change my files formasında qarşımıza çıxır. Amma Vista Sharing məsələsini ümumi bir formaya gətirərək bütün kompüterin şəbəkə mühitinə qoşularkən bölüşməyə icazə verilib verilməməsini əsas götürür. Əgər ümumi icazə verilməsə fayllar təklikdə icazə verilməsinə baxmayaraq əsas qapı bağlıdırsa şəbəkədəki kompüterlər heç bir bölüşdürülmə faylı görməyəcəklər. Ona görə gəlin birinci ümumi bölüşdürmə yerindən qapını açaq sonra istədiyimiz fayl sərbəst bölüşdürmə üçün hazırlayarıq. Birinci Nework and Sharing Center-daxil olun. Yuxarıda artıq bunun üçün şəkilləri yerləşdirmişdim.

Əgər kompüter şəbəkəyə qoşulubsa yuxarıdakı kimi şəkil əmələ gələcəkdir. Yəni əlaqə qurulubdur. Əgər xətt üzərində aşağıdakı kimi krest qoyulubsa onda hələ şəbəkə qoşulmayıb.

Əgər özünüz problemi aydınlaşdıra bilmirsinizsə onda krestin üzərinə basın və Vista əməliyyat sistemi problemin nə olduğunu sizə bildirəcək və həllinə üçün təkliflər verəcəkdir. İnşallah şəbəkə hazırdır və bizdə keçirik sonrakı məsələyə. Sharing məsələsinə. Aşağıda gördüyünüz yazılar hansıları ki mən işarə etmişəm onlar şəbəkənin bölüşdürülməsində mühüm rol oynayırlar.

Network Discovery�də iki variant var. Turn on Network Discovery (yandırmaq) və Turn off Network Discovery (söndürmək). Network Discovery aktiv olan vəziyyətdə həm kompüterin şəbəkə mühitində görünməsinə və şəbəkədə olan kompüterləri görünməsinə icazə verən funksiyadır.

Gördüyünüz kimi dəyişiklik etdikdən sonra Apply düyməsini sıxmaq lazımdır. Workgroup şəbəkədə işləyən kompüterlər, qrup halında bir yerdə sürətli işləməsini təmin edir. Bunun üçün Change settings düyməsini sıxın və istifadə etdiyiniz kompüterin şəbəkə adı və istifadə etdiyi qrupu təyin edin.

İşarələdiyim kompüterimin adı acer-PC, istifadə etdiyim qrupun adı Workgroup və acer-PC adı hansı kompüterin adıdır sualına cavab da Notebook kompüteridir. Əgər bu məlumatları dəyişmək istəyirsinizsə o zaman Change düyməsini sıxın.

File Sharing-in mənası Fayl Bölüşməkdir və 2 istifadə variantı var. Ya Turn on File Sharing (yandırmaq) ya da Turn off File Sharing (söndürmək). Bizə əlbəttə ki aktiv olması lazımdır.

Public folder sharing isə Vista təklifləri içərisində olan Camaat qovluğu mənasına gələn şəbəkə üzərində ümumi işlərin görülməsi üçün nəzərdə tutulan qovluqdur. Üç istifadə edilmə variantı var:
1-ci hər kəs qovluq içərisindəki fayllara baxa bilər.
2-ci hər kəs qovluq içərisindəki fayllara baxa bilər və onları dəyişdirə bilər
3-cü sadəcə olaraq bu funksiyanı söndürür.


Beləliklə indi keçirik istədiyiniz qovluğu Share(bölüşdürmək) etməyə.

 

Mən Zabil İbayev sənədini Share etmək istəyirəm və ona görə üzərinə sağ düyməni sıxıb Share seçirəm.

Açılan pəncərədə Add-in(əlavə et) qarşısında yerləşən aşağı açılan menyudan Everyone seçirsən və Add düyməsini sıxırsan. Siyahıya əlavə olunandan sonra aşağıdakı Share düyməsini sıxırsan.

Növbəti açılan pəncərədə həmin faylın üzərinə sıxıb işarə edirsən və sonra həmin pəncərədə yerləşən Done düyməsini sıxmalısan əks halda Shared(bölüşdürülmüş) olmayacaqdır.

Sonra həmin faylın üzərində Shared işarəsini görəcəksiniz. Yəni artıq bölüşdürülür.

əvvəl sonra

Hər iki əməliyyat sistemində Share ləğv etmək üçün etdiyiniz hərəkətləri əksini edin. : )