Kompüterdən səmərəli istifadə və profilaktikası

Defraqmentasiya

Defraqmentasiya

Windows əməliyyat sistemi, fayl sisteminin optimallaşdırılmasının qeydinə az qalir. Bu da disk sahəsinin qeyri rassional sərf olunmasına səbəb olur. Nəticədə, boş sahələr bütöv bir blok təşkil etməyin əvəzinə diskin bütün səthinə səpələnir. Boş sahəni dolduran zaman fayllar bir neçə sektora səpələnirlər və bu da kompüterin sürətini azaldır. Məhz bu səbəbdən hard disk defraqmentasiya edilməlidir. Bu prosedurun müntəzəmliyi sizin kompüterdə necə işləməyinizdən asılıdır. Əgər siz tez-tez proqramları qurub və silirsinizsə və ya daima faylların yaradılması, bir yerdən digərinə köçürülməsi və ya silinməsi əməliyyatları ilə məşğulsunuzsa, həftədə bir dəfə defraqmentasiya etməyiniz məsləhətdir. Əgər siz uzun zaman eyni proqramlardan istifadə edirsinizsə və faylların yerlərini nadir hallarda dəyişirsinizsə onda defraqmentasiyanı ayda bir dəfə həyata keçirmək lazımdır. Əgər disk tez-tez defraqmentasiya olunursa, o vaxt siz növbəti defraqmentasiyadan sonra kompüterin işləmə sürətinin nəzərə çarpacaq dərəcədə artmayacağının şahidi olacaqsınız. Bu da o deməkdir ki, defraqmentasiyanı tez-tez etmək lazımdır. Defraqmentasiya funksiyası Start>Programs>Accessories>System Tools>Disk Defragmentator pəncərəsində işə salınır.