Kompüterdən səmərəli istifadə və profilaktikası

Effekt - effektsizlikdədir

Effekt - effektsizlikdədir

Windows XP xarici görünüşünə görə ozündən əvvəlki versiyalardan daha gözəgəlimlidir. Lakin bütün bu effektlər sistemin istifadəçinin komandalarına gec reaksiya verməsinə səbəb olur. Windows XP, istifadəçi interfeysinin köklənməsi üçün, rahatlıq və qözəlliyin qorunmasına kömək məqsədilə bir neçə test işə salır. Bu prosesə müdaxilə etmək olar. Əğər yoxa çıxan menyu sizi məmnunluq əvəzinə qıcıqlandırırsa və dialoq mətnlərinin altındakı kölgələr sizi maraqlandırmırsa onları söndürmək olar. Bəzi kökləmələr monitorun özəlliklərinin Apperance bölməsində icra olunur. Effects düyməsini basaraq ekrana çıxarılan parametrlər menyusunda (şəkil 6) - menyulara giriş yolları, kölgələr və şriftləri kökləməyə imkan verir.

Qrafik interfeysin məhsuldarlığının köklənilməsi System Properties pəncərəsində icra olunur. System Properties menyusuna My Computer piktoqramının üzərində sağ düymə basaraq açılan menyu vasitəsiylə girmək mümkündür (şəkil 7). Daha sonra Advanced düyməsini basaraq Perfonmance bölməsindəki Setting düyməsini basıb maksimal məhsuldarlıq, maksimal keyfiyyətli görüntü və ya orta parametirləri seçmək münkündür.

Performance Options pəncərəsindəki Advanced bölməsinə daxil olaraq prosesor və yaddaş resursların proqramın optimizasiyasına uyğun kökləndiyini yoxlayın.