Kompüterdən səmərəli istifadə və profilaktikası

Elektron poçtun tələləri

Elektron poçtun tələləri

Adi poçt xidməti vaxtı baş verə biləcək problemlər elektron poçtda da baş verə bilər. Məs: Sizə məktub göndərən şəxs özünü başqa adam kimi qələmə verir. Əğər siz elektron poçtun təhlükəsizliyini təmin edən proqramlardan istifadə etsəniz, məktubun əslində kim tərəfindən ğöndərildiyini təyin edə bilərsiniz. Elektron poçtla başqa adamın adından saxta məktub göndərmək asandir.

Elektron poçtun işi vaxtı, digər problem isə məktubların məxfiliyin qorunmasıdır. Elektron məktublar Internet vasitəsi ilə bir kompüterdən digərinə ötürülür. Məktubun kompüterlər arasında ötürüldüyü vaxt, habelə onun serverdəki poçt qutusunda saxlanıldığı vaxt elektron məktub digər şəxslər tərəfindən ələ keçirilə və oxuna bilər. Bu üzdən elektron poçtla məxfi və ya şəxsi məlumat yollamazdan əvvəl yaxşıca düşünsəniz faydalı olar. Heç bir vaxt kredit kartlarınız və digər mühüm məlumatları, müdafiəsi olmayan elektron poçtla göndərməyin.

Bu problemin həll olunmasından ötrü xüsusi proqramlar (məsələn PGP) vardir; bunun bir hissəsi elektron poçt proqramın özündə quraşdırılmışdır.

Bir çox poçt proqramları məktublara, əlavə fayllar qoşmaq imkanı verir. Elektron poçtları digər fayllar kimi, adi fayldırlar. Faylın kompüterə yetişənədək keçdiyi yol potensial olaraq təhlükəlidir. Əğər əlavə fayl sadəcə mətndən ibarətdirsə, o zaman təhlükəli bir şey yoxdur. Lakin bu mətn faylı olmaya bilər. Əğər bu fayl proqram və ya icra olunan fayl olarsa, onu açmazdan əvvəl tədbirli olmaq faydalıdır.