Kompüterdən səmərəli istifadə və profilaktikası

İnternet Explorer brauzerinin yüklədiyi fayllar üçün diskdə nəzərdə tutulmuş sahənin (keş) həcminin dəyişdirilməsi

İnternet Explorer brauzerinin yüklədiyi fayllar üçün diskdə nəzərdə tutulmuş sahənin (keş) həcminin dəyişdirilməsi

Adətən Microsoft İnternet Explorer sizin tərəfindən baxılmış "C:\Windows\Temporary Internet Files" qovluğunda saxlayır. Bu da tez-tez baxdığınız web səhifələrin daha tez açılmasına imkan yaradır. Belə ki, Internet Explorer ilk olaraq web səhifəni Internetdan deyil, Hard Diskdən yükləyir. Buna keşləmə deyilir, Internetdən yüklənən müvəqqəti faylların saxlandiğı direktoriyaya isə keş deyilir. İnternet Explorer brauzerinin maksimal keş həcmi hər bir konkret şəraitdə fərdi yolla təyin olunur. Bir tərəfdən onu işlətmək faydalıdır, çünkü bu əvvəllər baxılmış səhifələrin yüklənmə sürətini artırır. Lakin digər tərəfdən isə keş genişlənməsi diskdəki boş sahənin kiçilməsinə, elə bu üzdən də sistemin sürətini azalmasına səbəb olur. Brauzerin keş həcminin təyin olunması üçün İnternet Explorer brauzerini açın, daha sonra Tools>Internet Options>General menyusuna daxil olaraq Temprorary İnternet Files bölməsinə girin və Settings düyməsini basın. Bundan sonra istədiyiniz həcmi seçin