Kompüterdən səmərəli istifadə və profilaktikası

Məni tərk etmə...

Məni tərk etmə...

Əgər hər hansı sistemə daxil olursunuzsa o zaman ən qısa müddətə belə kompüteri nəzarətsiz qoymayın. İmkan varsa parollu müdafiə sistemi olan screensaver-dən (ekran qoruyucusu) istifadə edin. Bu cür screensaver-lər sizin tərəfinizdən təyin olunmuş vaxtin tamam olduğu andan müdafiyə sistemi işə düşür və sistemə yenidən daxil olmaq üçün parol tələb edir.

Ola bilsin ki, bu sizə az inandırıcı görünəcək. Lakin elə hallar olur ki, başqa birisi sizin yerinizə keçir və çox əmək sərf etdiyiniz işlərinizi pozur. Və ya elə şeylər edir ki, bunun üçün siz cavabdeh qalırsınız. Sizin kompüternizdə işləmək istiyən şəxs orada istədiyini edə bilər. Bu o deməkdir ki, birilərinə kompüterinizdə işləməyə icazə verərkən tədbirli olmalısınız.

Aşağıda zamanın sınağindan çıxmış qaydalar göstərilir:

  • Təhlükə baş verdikdə kimə müraciət edəcəyinizi təyin edin.
  • Parollarınızı gizli saxlayın.
  • Screensaver-dən (ekran qoruyucusu) istifadə edin və kompüterin arxasından qalxarkən Lock Computer (Ctrl+ALT+Delete) funksiyasını aktivləşdirin və ya kompüterinizi tərk etdiyiniz zaman onu şəbəkədən ayırın.
  • Kənar şəxslərin sizin kompüterinizə yaxınlaşmasına imkan verməyin.
  • Kompüterinizə yüklədiyiniz proqramların etibarlı mənbələrdən alındığından əmin olun. Əğər buna imkan yoxdursa bele proqramları yükləyərkən xüsusilə ehtiyyatlı olun.
  • Hardan gəldi əldə etdiyiniz proqramları yükləməzdən əvvəl yaxşı düşünün.