Kompüterdən səmərəli istifadə və profilaktikası

Parollar

Parollar

Parollar lazımı tədbirlər görülmədikdə, bəd niyyətli şəxslər tərəfindən ələ keçirilə bilər. Parollun uzunluğu 8 nişanədən az olmamalıdır. Administrator üçün boş buraxılan parol xanası, mütləq doldurulmalıdır. Sizin parolunuz rəqəmlərdən, vurğu işarələrindən, böyük və kiçik hərflərdən ibarət olmalıdır. Yaxşı olar ki, nişanələrinin hər biri konkret bir sözə istinad etdiyi parollardan istifadə edilsin. Parollarınızı kağızda qeyd etməməyə çalışın. Əğər edirsinizsə, o zaman onu əzbərləyənədək üzərinizdə saxlayın. Bundan sonra isə onu məhv edin. Heç bir vaxt parolunuzu kompüterin yan yörəsinə yapışdırılmış və digər gözə yaxın yerlərdə olan kağız üzərinə qeyd etməyin. Axı siz kredit kartınızın PIN kodunu hara gəldi yazmazsiniz. Məgər belə deyil? Adətən, hər qeydiyyat vərəqəsi üçün unikal parollardan istifadə olunmalıdır. Zaman-zaman bu parollar dəyişdirilməlidir.