Kompüterdən səmərəli istifadə və profilaktikası

Proqramların asılmasına səbəb olan problemlərin aradan qaldırılması

Proqramların asılmasına səbəb olan problemlərin aradan qaldırılması

Hərdən elə olur ki, proqram cavab vermir. Bunun səbəbi, kompüterın çox sayda proqramlardan istifadə etməsində, cihaz dəstləri (Printerlər, skanerlər və rəqəmli kameralar) və bir çox xidməti proqramların istifadəsindədir. Bütün proqramlar konfliktsiz işləməlidir. Lakin yenə də konfliktlər baş verir. Məsələn: Kompüterin resurslarından eyni vaxtda bir neçə cihazin istifadə etməsi üzündən konflikt baş verir. Bu zaman proqram klaviaturanın və ya siçanın komandaları vermir və proqram ekranda donur. Windows sistemi proqramların asılmasına qarşı özünün müdafiə vasitələrinə malikdir. Asılma vaxtı proqramı başa vuraraq Windows-un işini davam etmək mümkündür. Bunu belə etmək lazımdır:

  1. Eyni vaxta Ctrl+Alt+Delete düyməsinə basın
  2. Windows Security təhlükəsizlik dialoq pəncərəsində Task Manager-ə keçin (şəkil 1)
  3. Aplication bölməsində Windows Task Manager pəncərəsindəki proqramlara baxaraq buradakı Status sütununda "Not Responding" göstərildiyini yoxlayın.
  4. "Not Responding" sütununun qarşısındakı proqramın üzərinə basaraq eyni pəncərədəki End Task (Proqramı başa vur) düyməsini basın.
  5. Aşağısı 30 saniyə gözləyin. Windowsun daxili əməliyyatları başa vurması üçün vaxt lazımdır. Bu zaman çox güman ki, əməliyyat sistemini yenidən yükləmədən, komandalarınıza cavab verməyən proqramı bağlamanız mümkün olacaq.
  6. Əğər End Task düyməsini basaraq proqramı bağlaya biləcəyiniz barədə məlumat cıxarsa, o zaman buna əməl edin və donmuş proqramı bağlayaraq yenidən Ctrl+Alt+Delete düymələrinə basın. Sonra Task Manager düyməsini aktivləşdirin və proqramın cədvəldə qalıb qalmadığını yoxlayın. Əğər proqram hələ də siyahıdadırsa yuxarıdakı 4-6 addımlarını təkrarlayın