Menu

Daxil olun Qeydiyyat

Kompüterdən səmərəli istifadə və profilaktikası

Proqramların Taskbar-da göstərilməsi və qruplaşması

Proqramların Taskbar-da göstərilməsi və qruplaşması

Eyni vaxtda çoxlu proqramlarla işlədikdə, Taskbar həmin proqramların düymələri ilə dolur. Elə bu məksədlə də Windows XP-də çox sayda açılmış faylları və proqramları idarə etməkdən ötrü nəzərdə tutmuş avtomatik olaraq düymələrin bir yerdə toplanması funksiyası vardır.

Bu funksiya, əgər eyni proqramda 3-dən artıq pəncərə açıqdırsa o zaman onların düymələrini Taskbar-da bir düymə altında proqramın adını ğöstərərək toplayır. Proqramın sag küncündıki üçbucaq, eyni proqramda bir neçə pəncərənin açıldığını ğöstərir. Amma, əgər sizə köhnə üsulla işləmək daha xoşdursa, o zaman həmin funksiyanı söndürə bilərsiniz. Bunu kursoru taskbarın üzərinə qoyaraq siçanın sağ düyməsinə basmaqla, sonra isə açılan dialoq qutusunda Properties menyusuna daxil olaraq Group similar taskbar button sətrinin qabağındakı quşu götürməklə nail ola bilərsiniz.

 


Bizi dəstəkləyənlər