Kompüterdən səmərəli istifadə və profilaktikası

Rus həriflərinin yerinə cürbəcür anlaşılmaz işarələr görünür

Rus həriflərinin yerinə cürbəcür anlaşılmaz işarələr görünür

Problem belə həll olunur:

  1. Reyesteri açırıq. Bunun üçün Start düyməsinə basaraq açılan menyuda Run bölməsindəki Open xanasına regedit yazın.
  2. HKEY_LOCAL_MACHINE \SYSTEM \CurrentControlSet \Control \Nls \CodePage açarını taparaq 1252 parametr göstəricisini c_1251.nls-ə dəyişin (c_1252.nls idi c_1251 oldu). Onu da deyək ki, bu üsul bəzən digər proqramlara da tətbiq edilir. Əgər problem həll olunmadısa, o zaman Language Options funksiyasının düzgün köklənib köklənmədiyini yoxlayırıq. Bunun üçün Control Panel-də yerləşən Regional and Language options appletini işə salaraq Regional Options bölməsinə keçirik. Buradan sonra Standart and Formats bölməsində sistem şriftləri üçün cavabdeh olan Location səhifəsinə girərək orada "Russia" seçimini edirik. Bundan əlavə Advanced Languages for non-Unicode Programs əlavə səhifəsindədə "Russian" göstərildiyi yoxlamaq lazımdır.