Kompüterdən səmərəli istifadə və profilaktikası

Sistem faylların bərpası

Sistem faylların bərpası

Sistem faylların bərpası faydalı funksiyadır - yaxşı olar ki onu söndürməyəsiniz. Bu funksiyanın iş prinsipi belədir. Kompüter vaxtaşırı sistem fayllarının şəklini çəkir və onlardan "qayıtma nöqtəsi" kimi istifadə edir. Əgər hər hansı bir əlavə proqram kompüterin asılmasına səbəb olarsa və ya vacib informasiya itkisi baş verərsə o zaman siz yenidən həmin informasiyanın köməyliyiylə sistemi əvvəlki vəziyyətinə qaytara bilərik. "Qayıtma nöqtələri" System Restore tərəfindən avtomatik olaraq yaradılır. Bu cür "nöqtələri" Start>Programs>Accessories>System Tools>System Restore  daxil olaraq özünüz də yarada bilərsiniz.

System faylların bərpa olunmasınını prosesi vaxtı, kompüter digər programların işləməsindən asılı olmayaraq sistem fayllarını hard diskə yazır. Kompüterin sürətinə az təsir edən bu proses zamanı sistem fayllarının hard diskdə qeyd olunması bir qədər yer qıtlığına gətirib cıxara bilər. Sistemin bərpası funksiyasını dayandırmaq üçün Turn Off System Restore pəncərəsinə daxil olaraq quşu götürmək lazımdır.