Kompüterdən səmərəli istifadə və profilaktikası

Sistemin reklam və cəsus proqramlarına qarşı yoxlanılması

Sistemin reklam və cəsus proqramlarına qarşı yoxlanılması

SpyWare - "cəsus" proqramları, icazəniz olmadan sizin və işləddiyiniz sistem barədə informasiya toplayaraq, proqramın yaradıcalarına və ya digər 3-cü şəxslərə yollayan proqramlardır. SpyWare proqramları həm də sizin Internet rabitənizin və ya ümumiyyətlə, sistemin işini pisləşdirə bilər. Cəsus proqramların bir-bir pozulması çətin, həm də yorucu işdir. Bunun üçün xüsusi proqramlardan istifadə etmək daha münasibdir. Sistem skaneri proqramları arasında ən çox Ad-Aware (Şəkil 3) məsləhət görülür. Bu olduqca güclü və əla skaner proqramdır. O sizin sistemi yoxlayaraq cəsus proqramları silib atır.