Kompüterdən səmərəli istifadə və profilaktikası

Startup-dan lazımsız proqramları silin

Startup-dan lazımsız proqramları silin

Kompüter isitifadiçiləri tez-tez bele problemlə üzləşirlər: Proqram öz-özünə yüklənir və bu da Windows-un gec açılmasına gətirib çıxarır. Bəzən bu o qədər uzun çəkir ki, adamın lap səbri tükənir. Proqramların avtomatik yüklənməsinin bir neçə yolu vardır.

Adı çəkilən proqramı açın və onun avtomatik acılmamasına imkan verən funksiyanı tapmaq üçün parametirlərinə və konfiqurasiyasına nəzər yetirin. Məsələn: Run this program When Windows Starts

Əğər bu funksiyanı tapa bildinizsə o zaman həmin proqram sizə avtomatik yuklənməni dayandırmanın dəqiq yolunu göstərir.

 

Start düyməsinə basaraq açılan menyuda kursoru Startup menyusunun üzərinə gətirərək siçanın sağ düyməsinə və sonra isə kontekst menyusunda Delete düyməsinə basın.

Lakin proqramların hamısı heç də Startup menyusundan istifadə etmir.

 

  • Belə proqramda bir-iki parametri dəyişərək proqramın Windows-la eyni vaxtda yüklənməsinin qarşısını almaq mümkündür.
  • Lakin elə proqramlar var ki, bunlar Windows sisteminə qoşularaq onların avtomatik yüklənməsinin qarşısının alınmağı çətinləşdirir. Onlar öz yarlıklarını Start menyusundakı Startup-a yerləşdirilərək Windows-la eyni vaxta yüklənirlər. Siz Startup menyusuna baxaraq hansı proqramların avtomotik yükləndiklərini görə bilərsiniz.
  • Bəzi proqramlar özlərinin start komanda sətirlərini Windows reyestirnə (Windows əməliyyat sisteminin konfigurasiyasının informasiya bazası) yazırlar. Bu cür komanda sətrini silmək bir qədər çətin olur.
  1. Start düyməsinə basaraq Run menyusunu seçin və msconfig komandasını Open bölməsinə daxil edərək Enter basın.

  1. System Configuration Utility pəncərəsindən Startup bölməsindəki Startup İtem sütununda söndürmək istədiyiniz proqramın qarşısındakı quşu götürün.

    Bu proqramların hansı vəzifəni yerinə yetirdikləri hər zaman aydın olmur. Ola bilsin ki, siz Command və Location sütunlarına baxaraq bunu ayıd edə bilərsiniz. Bu sizə, proqramın hansı qovluqda yerləşdiyini təyin etməyə kömək edər.
  2. OK düyməsini, əğər sistemi yenidən yüklənməsi təklif olunarsa o zaman isə Restart düyməsinə basın