Kompüterdən səmərəli istifadə və profilaktikası

Texniki profilaktika

Texniki profilaktika

  • Kompüterin yaxşı işləməsi üçün otaqda temperatur normal olmalıdır. Yüksək temperatur kontaktların turşulanmasına səbəb olur və bu da öz növbəsində mikrosxemi və digər elektron hissələri sıradan çıxarır. Temperaturun qalxıb düşməsi hard diskin işinə əngəl ola bilər. Kompüter olan otaqda temperaturun +15 və +32 C arasında olması məsləhətdir.
  • Cihazın müdafiəsi üçün fasiləsiz işləyən qida blokundan (UPS) istifadə olunur. Bu cihaz elektrik şəbəkəsində cərəyan kəsintisi baş verdikdə müəyyən vaxt ərzində işi davam etdirməyə imkan verir. Həmin vaxt ərzində siz sakitcə işinizi başa vuraraq kompüteri söndürə bilərsiniz. Bundan əlavə UPS elektrik sıçrayışlarının qarşısını alır.
  • Vaxtaşırı olaraq siçanın topunu təmizləyin. Orada yığılmış çirk siçanın normal işləməsinə mane olur.
  • Kompüterlə eyni rozetə soyuducu, kondissioner, qəhvəbişirən, kopyalama cihazları, lazer printerləri, elektrik qızdırıcıları, toz soranlar və güclü elektrik alətləri qoşmayın.
  • Əgər siz uzun zamandan bəri kompüteri qoşmamısınızsa, hər hansı bir məlumatı yadda saxlamazdan əvvəl hard diskin 15 deqiqədən çox işləməsini gözləyin.
  • Monitorun ekranını təmizləyici mayedə isladılmış salfetka ilə silin. Həmçinin monitorun korpusunu da təmizləyin.
  • Əgər monitorunuz (Degauss) maqnitsizləşdirmə vasitəsiylə təchiz olunubsa vaxtaşırı ondan istifadə edin. Monitorun elektron trubkasının ətrafında güclü maqnitlər quraşdırılmışdır, elə bu səbəbə görə də maqnetik informasiya daşıyıcılarını monitordan uzaq tutun.
  • Monitorun normal ventilyasiya olunmasına şərait yaradın. Monitorun üzərinə qovluqlar, kitablar və s. əşyaları qoymayın. Bunlar sistem blokuna da aiddir. Ventilyasiyanın olmaması prosessoru qızmasına və vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
  • Monitorun qida blokunun, klaviaturanın, sıçanın kabeli və həmçinin şəbəkə kabeli dartılmamalı və burulmamalıdır.