Kompüterdən səmərəli istifadə və profilaktikası

WWW-da təhlükəsiz iş metodu

WWW-da təhlükəsiz iş metodu

WWW-də işləyən zaman ən böyük risk kompüterinizə Internetdən faylların yüklənməsidir. WWW brauzerləri Internetdən bütün formatlarda olan faylların yüklənilməsinə imkan verir. Fayllar Internetdən hər hansı bir şey yükləmədiyiniz vaxt belə yüklənə bilərlər. İnternetdən yüklədiyiniz bütün fayllar potensial olaraq təhlükəli sayıla bilərlər. Heç vaxt həmin faylları yoxlamadan kompüternizdə açmayın. Çünki bu fayllar ziyanlı proqramlar ola bilər. Sİz düşünə bilərsiniz ki, yüklədiyiniz hər hansi bir mətn faylıdır, əslində isə bu təhlükəli proqram ola bilər.

WWW brauzerlər sizin adınızdan proqramları yükləyə və işlədə bilərlər. Siz onlardakı bu funksiyaları aktiv saxlasanız ya da söndürməsəniz, bunun nə ilə nəticələnə biləcəyindən əmin olmalısınız. Bilməlisiniz ki, yüklədiyiniz proqramlar kompüteriniz üçün təhlükəli ola bilər.

Şübhəli saytlara (erotik, pornoqrafik xarakterli, haker saytları) girməyin. Bunlar virus və digər ziyanlı proqramların mənbəyidir. Bundan əlavə, bəzi saytlar, avtomatik olaraq sizin yığdığınız provayderin telefon nömrəsini uzaq ölkələrdən birindəki nömrəyə dəyişir. Bu da öz növbəsinidə sizə beynəlxalq telefon rabitəsindən yüksək məbləğdə çekin gəlməsi ilə nəticələnə bilər.