Linux

Drag and drop (dart və burax) funksiyasının köməyliyi ilə faylların bir yerdən diğər yerə yerləşdirilməsi

Drag and drop (dart və burax) funksiyasının köməyliyi ilə faylların bir yerdən diğər yerə yerləşdirilməsi

Fayllarla işləmək son dərəcə asandır.Lakin buna baxmayaraq faylların köçürülməsi və digər yerə nəql edilməsi prosessi bəzən səbrinizin tükənməsinə səbəb ola bilər. Ancaq narahat olmağa dəyməz- Drag and drop (dart və burax) funksiyası bu işi tez və sadə yolla həyata keçirməyinizə imkan yaadacaqdır.

  • Fayl – menecerin iki pəncərəsinin açılması
  • Əvvəlcə fayl – menecerin iki pəncərəsinin açılması gərəkdir. Yeni pəncərəni açmağın ən sadə yolu fayl-menecerin alətlər panelindəki ağ çarx düyməsinə basmaq kifayyətdir. Əgər yeni pəncərədə fayl ağacı göstərilməyibsə o zaman (View (Göstər) > View Mode > Tree View (Ağac Görüntüsü) menyusuna daxil olaraq həmin funksiyanı aktivləşdirin.

  • Faylın bir yerdən digər yerə qeyd edilməsi.

  • İkinci pəncərədə ev kataloqunuzu açın. Faylın adının üzərinə basın. Siçanın sol düyməsini basılı vəziyyətdə tutaraq faylı ev kataloqunuza sarı sürükləyin. Sol düyməni buraxın (buna faylın drop edilməsi deyilir). Sizə üç variant təklif olunacaqdir-Copy (Buraya köçür), Move (Buraya Daşı) və Link (Buraya körpü qoy). Link (Buraya körpü qoy) faylın həmin yerdən birbaça açılmasına imkan yaradan simvolik link (körpü) yaradir, Copy (Buraya Köçür) və Move (Bura Daşı) seçimləri isə sizə fayllari istədiyiniz şəkildə yerləşdirməyinizə imkan verəcəkdir. Buraya köçür seçimini edin. Siz elə bu an fayli köçürdünüz.